Məhkəmə qərarları › İş №8(006)-181/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-181/2023

19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-181/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, X2 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, X4 Azadlıq prospekti ev 95, mənzil 33-dən çıxarılması və həmin evin ailələrinə təhvil verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxs kimi bu işə qoşulmuş X1 rayon məhkəməsinə müraciət edərək iddia ərizəsi verəməklə Nəsimi rayon, Azadlıq prospekti ev 95, mənzil 33-dən onun ailə üzvlərinin oradan çıxarılması və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Nəsimi rayon məhkəməsi xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin etmiş və evin Hikmətə verilməsi barədə icra vərəqi vermişdir. Qətnamədən onlar şikayət vermiş, lakin məhkəmə həmin şikayəti qeri qaytarmışdir və onların Apellyasiya şikayəti vermək hüquqlarının olmadığını bildirmişlər. X11 onlara şikayət vermək üçün etibarnamə verə bilmir. Apellyasiya məhkəməsi təcridxanaya notariusun qirməsi və atası tərəfindən etibarnamə verilməsinə dəfələrlə müraciət etsələr də icazə məktubu vermir, nəticədə isə məhkəmələrdə iştirak edə bilmədiklərinə görə onları xx.xx.2023-ci il tarixində məhkəmə icraçıları onların evdə olmadıqları halda qapının kilidini dəyişib evi Hikmət Məmmədova təhvil vermişdir. O, ailə üzvləri ilə birlikdə küçədə qalmışlardır. Bildirmişdir ki, X11 həmin evi 2020-ci il 11 iyun tarixində Fazil Məmmədova 230.000 manata satıb, alqı-satqı zamanı 150.000 manat ödənib, 80.000 manat isə 10 aya ödəməklərini razılığa gəlmişlərdir. 2020-ci ilin 30 iyulunda yəni evi alandan 1 ay 20 gün sonra Hikmət Məmmədova qirov qoymaq məqsədilə alqı satqı edib 114.500 manat götürmək üçün ayı 3%-dən həmin pulu götürmüşdir biznesini davam etdirmək üçün, həm atasına olan 80.000 manat borcunu verməyə həmdə Hikmətdən sələmə götürdüyü pulu ödəmək üçün. 10 nəfərdən çox şahidlərin iştirakı ilə Hikmət Fazilə 102.000 manat pul vermişdir. 114.500 manatın 2000 manatı vergi pulu kimi ödənilmişdir,10.000 manatı isə Hikməti qətirən maklerlərə verilmişdir. X14 göndərdiyi 70.000 manat pul üçün almaq istədiyi parfurmeriya məmulatları gəlməmiş və Fazilin işləri dayanmışdır. Fazil və atası Mirəli tərəfindən dəfələrlə Məmmədov Hikmətə sələmi verdiyi 102.000 manatı və maklerlərə, və verilmiş vergi pulunu ödəmək istədiklərini və cəmi 114.500 manat Hikmət tərəfindən verdiyi pulu Hikmətə qaytarmaq istəsələrdə və əlavə 15-20000 manat pul verməyi həm yazılı həmdə şifahi bildirsələrdə Hikmət razılaşmır və 300.000 manat dəyəri olan evi cəmi 114.500 manata ələ keçirmək istəyir. Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli həbs qərarı olduğu halda X11nun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 68.5 kv.m. yaşayiş sahəsi 4 otaqlı mənzil barəsində xüsusi müsadirə tətbiq edilmiş və həmin mənzil satılmaqla, satışdan əldə olunan pul vəsaitinin mülki iddiaların məbləğində mütənasib qaydada mülki iddiaçılar X6, X7 və X5 ödənilməsi qərara alınmışdır. Baki şəhəri Binəqədi rayon məhkəməsinin qərarından görünür ki, və qeyd edilmişdir ki, X16 mülkiyyətində olan ünvan 2 ünvandaki mənzilin üzərinə həbs qoyulmuş və Ağır Cinayətlər məhkəməsinin satılıb zərərçəkmişlərə ödənilməsi hökmü ləğv olmadan həmin evin iddiaçı Hikmətə verilməsi tam qanunsuzdur. X12 Fazil Məmmədovun arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması barədə Səbail rayon məhkəməsində, X23 ilə X10 arasında bağlanmış alqı satqı müqaviləsinin ləğvi barədə Nəsimi məhkəməsində məhkəmə prosessi gedir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehlər X20 oğlu və X15 (həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə) çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli, cavabdehlər X20 oğlu və X15 (həmçinin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər) tərəfindən iddiaçının əmlaka daxil olmasına və sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələr aradan qaldırılmalıdır. İş materiallarında görünür həmin icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsində icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşin araşdırılmış hallarından görünür ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar məlumat üçün icra sənədi üzrə tərəflərə göndərilmişdir. Göründüyü kimi icra sənədi qanuni əsaslarla icra məmuru tərəfindən icraata götürülmüş və həmin qərarın ləğv edilməsi üçün heç bir əsas mövcüd deyil. Həmçinin məhkəməyə qeyd edir ki, şikayətdə icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair göstərilmiş məsələ icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmasına əsas verən haldır ki, həmin əsasla icra sənədi üzrə icraatın dayandırılması icra məmuru tərəfindən həyata keçirilir. Belə ki, «İcra Haqında» Azərbaycan Respublikası Qanununun 17.1.3-cü maddəsinə əsasən borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətin “X4 Azadlıq prospekti ev 95, mənzil 33dən çıxarılması və həmin evin ailələrinə təhvil verilməsi” ayrıca iddianın predmeti olmaqla hazırki mərhələdə baxılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar