Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-183/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4228/2021 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4228/2021 saylı icra sənədinə əsasən Borclu 5.000 avro, 630 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 3, 85A ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 təqdimatı müdafiə etdi, təqdimatın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş 81648 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4228/2021 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu 5.000 avro, 600 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5.000 avro (tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 630 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4228/2021 saylı icra sənədi üzrə icraat başlanılmış, xx.xx.2022-ci il tarixdə könüllü icra barədə bildiriş borclunun ünvanına göndərilmişdir (qeyd: qərar və bildiriş borclu tərəfindən imza edilməklə alınmışdır). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. Həmin Qanunun 84.3-cu maddəsinin tələbinə görə, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından, o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4228/2021 saylı icra sənədi üzrə Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-183/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-183/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver