Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-183/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu, vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlunun, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar və borclu tərəfindən verilmiş “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə” ərizələrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Tələbkar ilə Borclu arasında 04 oktyabr 2012-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 798 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları Tələbkar yanında qalmaları, Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda alimentin (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı nəzərə alınmaqla) tutularaq Tələbkar verilməsi qət edilmişdir. Hazırda icra sənədi üzrə Tələbkar və Borclu “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə” ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan Borclu tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda aliment tutularaq Tələbkar verilməsi hissəsində hər uşağa aylıq 235 manat sabit pul məbləği müəyyən edilməklə ümumilikdə uşaqlar 18 yaşına çatanadək saxlanılması üçün birdəfəlik 50.000 manat alimentin tələbkara ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Ərizələr onunla əsaslandırılmışdır ki, borclu xidməti zərurətlə əlaqədar olaraq tez-tez xaricdə olur. Bu səfərlər çox vaxt uzunmüddətli olduğundan, gələcəkdə alimentin vaxtında ödənilməsində problemlər yarana bilər. Göstərilənlərə əsasən, məsələyə məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu və vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizələri, mülki işin və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizələr qismən təmin edilməlidir. Göründüyü kimi, hazırda icra sənədi üzrə tələbkar da, borclu da eyni məzmunda ərizə və tələblə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş alimentin miqdarının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməklə uşaqların 18 yaşına çatanadək saxlanılması üçün birdəfəlik 50.000 manat alimentin tələbkara ödənilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, hazırkı icraat üzrə qətnamənin icra üsulunun dəyişdirilməsinə baxıldığından, “icra sənədi ilə müəyyən edilmiş alimentin miqdarının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməsi” təmin edilə bilməz. Ərizənin “uşaqların 18 yaşına çatanadək saxlanılması üçün birdəfəlik 50.000 manat alimentin tələbkara ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edilir ki, tərəflərin ərizələrinə və izahatlarına əsasən, borclu işi ilə əlaqədar tez-tez xarici səfərlərdə olduğundan, bu hal qətnamənin icrası üçün çətinlik törədə və yaxud borclu üçün əlverişsiz hallar yaranmasına səbəb ola bilər. Göstərilənlərə əsasən və tələbkarın mənafeyini də nəzərə alaraq qeyd edilməlidir ki, tələbkarın özü də bu barədə tələb irəli sürdüyündən və bu tələbin təmin edilməsi onun mənafeyinə uyğun olduğundan, bu tələb təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu 50.000 manat məbləğində pul birdəfəlik olaraq Borclu tutularaq Tələbkar ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 111.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinin tələbinə müvafiq olaraq, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizələr qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu 50.000 manat məbləğində pul birdəfəlik olaraq Borclu tutularaq Tələbkar ödənilsin. Ərizələr qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-183/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-183/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver