Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-184/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(006)-1333/2020 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(006)-1333/2020 saylı icra sənədinə əsasən Borclu 1.790 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 10.04.2020-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək, təqdimatın məzmununa uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(006)-1333/2020 saylı icra sənədindən görünür ki, 02.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81885 olan «Samsung Galaxy A6 Plus» markalı telefon üçün 552 manat ödənilməmiş hissə, 55 manat cərimə olmaqla, ümumilikdə 607 manat borc; 29.06.2018-ci il tarixli müqaviləyə əsasən «Hoffmann» markalı kondisioner üçün 1.076 manat ödənilməmiş hissə, 107 manat cərimə olmaqla, ümumilikdə 1.183 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.820 manat pul vəsaiti cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 10.04.2020-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(006)-1333/2020 saylı icra sənədi üzrə icraat başlanılmış, 10.04.2020-ci il tarixdə könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 04.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından, o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(006)-1333/2020 saylı icra sənədi üzrə ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-184/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-184/2022
02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver