Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-186/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin, Tələbkar iştirakları ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasın ıtəmin etmək məqsədilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada cəmi 336 000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmişdir. İcraat zamanı Borclu həyat yoldaşı X1 adına olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsi aşkar edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatı müdafiə edərək, onun təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin olunmasını xahiş etdi. Borclu təqdimata baxılması üçün məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada cəmi 336 000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İş materiallarında olan Elektron İcra sisteminin çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsi X3 məxsusdur. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş icra işindən müəyyən edilir ki, Borclu xx.xx.2001-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1971-ci il təvəllüdlü X4 ilə nikaha daxil olmuşdur. Həmin icra işindən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsinin 0.05 ha hissəsi xx.xx.2015-ci il tarixindən X1 mülkiyyətindədir. Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Qanunun 44.1-ci maddəsinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Qanunun 44.2-ci maddəsinə əsasən həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Sadalanan qanunvericilyin tələblərindən görünür ki, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. İş materiallarından müəyyən olunur ki, üzərinə həbs qoyulması tələb edilən əmlak borclu ilə X1 birgə nikahları dövründə əldə edilmiş, lakin əmlak üzərində pay müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədlərinin icrası mümkün olmadığından, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu arvadına məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsinin 0.05 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsinin 0.05 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-186/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-186/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver