Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-191/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5904/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5904/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1573.2 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev tərəfindən xx.xx.2023-cü il tarixdə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən, təqdimatın təmin edilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin zərurət aradan qalxdığından Borclu məcburi gətirilməsi barədə təqdimatının geri qaytarılmasına dair vəsatəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5904/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində qeyd olunan tələbin Borclu tərəfindən tam şəkildə təmin edildiyinə görə icra sənədinə xitam vermişdir. Məhkəmə təqdimatı, icra məmurunun vəsatətini və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin Borclu məcburi gətirilməsi barədə təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-191/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-191/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver