Məhkəmə qərarları › İş №8(006)-195/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-195/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-195/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5987.47 manat məbləğində pul vəsaiti və 79.90 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən xəbərdarlıqlara baxmayaraq, icra sənədi üzrə tələbi təmin etməmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən xx.xx.2023-cü il tarixdə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilərək onun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən cəmi 2 dəfə - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hər dəfə 500 manat olmaqla, ümumilikdə 1000 manat ödəniş edildiyini bildirdi. İcra vərəqəsinin icrasının təmininə şərait yaratmaq məqsədilə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5911.11 manat əsas borc, 76.36 manat faiz borcu, cəmi 5987.47 manat pul və ödənilmiş 79.90 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqının əvəzi alınaraq ləğv prosesində olan Tələbkar ASC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan və məlumatdan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məcburi qaydada Bak şəhəri Nəsimi rayon İcra Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş və bu barədə borclunun ünvanına bildiriş göndərilmişdir. İcra işinin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi icra olunması üçün ərazi aidiyyəti üzrə Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan və məktubdan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən borcluya məxsus nəqliyyat vasitələri üzərinə həbs qoyulmuş, icra olunması üçün AR DİN BDYPİ Qİİ-nə göndərilmişdir. İcra işinin materiallarında olan AR DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli qərar qismən icra edilmişdir. Tələbkar tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Borclu LPO Tələbkar ASC-də olan hesabına xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hər dəfə 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində pul mədaxil edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə Borclu Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2660/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar