Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-199/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili X2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində, həmçinin uşağın 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 100 manat məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X7 göndərilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İş üzrə tələbkarın qanuni nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclunun 1467 manat aliment borcunun yarandığını, həmçinin türk vətəndaşı olduğuna görə ölkəni tərk etmək ehtimalı olması ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili X6 təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilməli, cavabdeh X3 xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində, həmçinin uşağın 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 100 manat məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e88754/2024-5-42-004 saylı bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X7 tələbi icra etmək üçün vaxt verilmişdir. Təqdimatda olan xx.xx.2024-cü il tarixində X10 tərəfindən yazılmış izahat ərizəsində borclu icra məmurunun Tələbkar bank məlumatlarını göndərdikdən sonra ödəniş etdiyini, daha əvvəl qarşı tərəflə heç bir əlaqəsi olmadığına görə ödəniş etmədiyini, həmçinin borcu qismən qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsnin 17.1.6-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmuş. Belə ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək onların çıxışı məhdudlaşdırıla bilər. Məhkəmə yuxarıda qeyd olunanları və ödənilməli pul məbləğinin çox olmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1995-ci il təvəllüdlü, Türkiyə Cumhuriyyəti, Ankara şəhəri, Keçiörən rayonu, Kızlarpınarı küçəsi, 170/17 ünvanında qeydiyyatda olan, ünvan 1anında olan borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-199/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-199/2024
23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver