Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-2/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin, Tələbkar, Tələbkar X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərovun icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov, Borclu məxsus məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,20 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2277/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin təqdim olunmasına görə ödənilmiş 37 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təqdim olunmasına görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-449/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 150000 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci qismində 127 manat pul cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2112/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən eldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Sabunçu r-nu, Bilgəh qəsəbəsində 0.20 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab etmişdir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)-244/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmənin qərardadından borclu şikayət verməklə, işin materialları şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-244/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadı ləğv olunmaqla Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında icra məmurunun təqdimatına yenidən baxılması zamanı nəzərə alınmalı olan məsələlər kimi icra işinin məhkəməyə daxil olma forması barədə məlumatın verilməsi, borclunun dəlliləri baxımdan işin hallarının müəyyən edilməli olması göstərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatı müdafiə edərək, onun təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X2 nümayəndəsi və vəkili Vəkil tədimatın təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. İş materiallarında olan Borclu Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətində göstərdiyi dəllilər ondan ibarətdir ki, onun ünvan 2 ünvanında yerləşən yaşayış binasından ibarət olan əmlakına artıq həbs qoyulmuşdur. Digər əmlakına da həbs qoyulmaqla bütün əmlakı həbs olunmuş hala düşür, bununlada onun mülkiyyət hüquqları qanunsuz olaraq məhdudlaşdırılır. Nəsimi rayon icra şöbəsindən təqdimatda göstərilən, o cümlədən Borclu barəsində olan digər icra işləri rəsmi qaydada və formada sorğu edilmiş və təqdim edildikdə müəyyən edilmişdir ki, borclu barəsində onun şikayətdə göstərdiyi, yəni ünvan 2 ünvanında yerləşən yaşayış binasından ibarət olan əmlakına Nəsimi rayonu icra şöbəsi tərəfindən həbsin qoyulması barədə məhkəməyə təqdimatla müraciət edilməmiş və həmin əmlaka həbs qoyulmamışdır. Bu “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə də məlumatlara baxdıqda aşkar edilmir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-449/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 150000 (bir yüz əlli min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməsi, Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci qismində 127 (bir yüz iyirmi yeddi) manat pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 2(103)-449/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 2(103)-449/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu tələbin könüllü icrası haqqında məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 1.000 ABŞ Dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin təqdim olunmasına görə ödənilmiş 37 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təqdim olunmasına görə ödənilmiş 10 manat dövlət rüsumu cavadbdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu tələbin könüllü icrası haqqında məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2112/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2112/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2112/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu tələbin könüllü icrası haqqında məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-449/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2112/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. İş materiallarında olan Elektron İcra sisteminin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi, əmlakın ümumi sahəsi 0,2010 olan fərdi yaşayış məntəqələrinin torpaqları Borclu məxsusdur. Nəsimi rayon icra şöbəsindən daxil olmuş e208844/2023-5-1-004 nömrəli icra işinin məzmunundan bəlli olur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş 2(006)-83/2022 nömrəli qətmanəsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqi əsasında Borclu "xxxx" QSC qarşısında yaranmış borcu onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinə yönəldilmişdir. Tələbkar "xxxx" QSC-nin Nəsimi rayon icra şöbəsinə xx.xx.2023-cü il tarixdə göndərdiyi məktubla Borclu tələb olunan məbləğin tam ödəməsi səbəbi ilə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin, borclu tərəfindən icra sənədində nəzərdə tutlmuş ekspertiza xərci və borc məbləğinin 7% həcmində icra ödənişi ödənilmədiyindən icra sənədinə xitam verilməmiş və ilkin satış qiyməti 100.000 manat olan həmin əmlak 03.11.202-cü il tarixdə 85000 manat satış qiyməti müəyyən edilməklə təkrar hərraca çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə isə borclu barəsində olan digər icra sənədi ilə əlaqədar hərrac dayandırılmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. İşdən müəyyən edilir ki, borcluya könüllü icra barədə bildiriş göndərilsə də, icra sənədi icrasız qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlər nəzərə alınmaqla, iş üzrə məhkəmə araşdırmasını davam edərkən o cümlədən müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə açılmış e166650/2022-5-1-001 nömrəli icra işinə əsasən borclunun hesablarının üzərinə həbs qoyulması haqqında xx.xx.2022-ci il tarixli qərarla Borclu banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 1869.29 manat həcmində həbs qoyulmuş, lakin həmin qərar hesabların olmaması səbəbindən icrasız qalmışdır. Eyni zamanda icra məmuru tərəfindən borcluya məxsus “BMW 520” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Nəqliyyat vasitəsinin qiymətləndirilməsi həyata keçirilərkən onun dəyərinin 300 manat təşkil etməsi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun icra şöbəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilmiş, izahatı alınarkən Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən xx.xx.2022-ci il tarixdən xəbərdar olmasını bildirmişdir. Bütün bunlara baxmayaraq icra sənədi üzrə borcunu ödəməmiş, barəsində inzibati protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmiş, 500 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda “Elektron Məhkəmə” informasiya sistemində olan əmlak məlumatlarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin borclunun yeganə əmlakı olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, icra şöbəsi tərəfindən isə bütün zəruri tədbirlər görüldüyündən icra sənədləri üzrə borcluya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarların maraqları pozulur ki, bu da yolverilməzdir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədlərində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədlərinin icrası mümkün olmadığından, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə tələb həcmində həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu –xx.xx.1971-ci il təvəllüdlü Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə tələb həcmində həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-2/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-2/2024
25.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver