Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-200/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İcra sənədləri üzrə Borclu iştirakı ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədinə əsasən Borclu 2.900 manat borc, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş 54 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli icra sənədinə əsasən Borclu 5.905,92 manat əsas, 723,69 manat faiz, ümumilikdə 6.629,61 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə verilməlidir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Hər iki icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarların surəti bildirişlə birlikdə icra sənədi üzrə borcluya göndərilmiş, tələbin könüllü təmin edilməsi üçün ona 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən tələblər könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün “Elektron İcra” informasiya portalı vasitəsilə sorğular göndərilmişdir. Həmin tarixdən təqdimat verilən günədək icra sənədinin icrası tam şəkildə təmin edilməmişdir. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında icra sənədləri üzrə Borclu təqdimata etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5, icra sənədləri üzrə tələbkar X3 və Tələbkar ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədləri üzrə borclunun izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 5.905,92 manat əsas, 723,69 manat faiz, ümumilikdə 6.629,61 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə verilməlidir. Qətnamə xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “Qərar və bildirişi qəbul etdim” yazısının altında xx.xx.2022-ci il tarixi qeyd edilmiş və imza edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 2.900 manat borc, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş 54 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. Qətnamə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “Qərar və bildirişi qəbul etdim” yazısının altında xx.xx.2023-cü il tarixi qeyd edilmiş və Borclu tərəfindən imza edilmişdir. xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İcra şöbəsi tərəfindən "xxxx" ASC-yə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli icra sənədi üzrə 6.659,61 manat və icra sənədi üzrə 7 % olan 466,17 manat məbləğlərində pul vəsaitinin (Borclu hesablarında olan) üzərinə həbs qoyulması barədə sərəncam verilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 245 nömrəli məktubundan görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığını aşkar etmişlər. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli izahatında Borclu icra sənədlərindən xəbərdar olduğunu, lakin işləmədiyi üçün ödəniş etmədiyini, fevral ayından ödəniş edəcəyini, mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak, habelə qiymətli kağız və əmanəti olmadığını bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-5575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “Elektron İcra” X1 görünür ki, Borclu məxsus C02043870 nömrəli pasportun istifadə müddəti xx.xx.2028-ci ilədəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, e- 2(006)-4523/2022 nömrəli icra sənədləri üzrə Borclu həmin icra sənədlərindən xəbərdar olduğu halda, işləməməsi səbəbindən icra sənədlərində göstərilən tələbləri təmin etməmişdir. Borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir əmlak olmadığından məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında verilmiş icra sənədlərinin icrasının təmin edilməsi və tələbkarların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədləri üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6215/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, e-2(006)-4523/2022 nömrəli icra sənədləri üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-200/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-200/2024
23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver