Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-202/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradovanın xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 80 manat və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nərmin Almuradovanın “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli e-2(006)-7778/2018-002 saylı icra sənədi üzrə "icraata xitam verilməsi haqqında" 22 aprel 2023-cü il tarixli Qərar qəbul etmişdir. İcra məmuru qərarda "İcra haqqında" Qanunun 20.1.3 maddəsinə əsaslanaraq Borclu vəfat etməsi ilə bağlı 22 aprel 2023-cü il tarixli Qərarının icrasına xitam verilməsini qərara almışdır. Nəsimi rayon İcra Şöbəsinin icra mətnuru tərəfindən "İcraata xitam verilməsi haqqında" qərar qəbul edilərək əsas kimi borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. Lakin ölümündən əvvəl xx.xx.2018-ci il tarixində icraya qəbul edib. Ölüm faktı isə 5 ildən sonra baş verib. Binəqədi rayon icra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, ölmüş şəxsin vərəsələrinin müəyyən edilməsi ilə bağlı hər hansı hüquqi hərəkət etməli olduğu halda etməmiş və sadəcə işə xitam qərarı verməklə kifayətlənmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 şikayətin təmin olunmasını xahiş etdi. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(006)-7778/2018 saylı məhkəmə əmrinə əsasən Borclu 80 manat və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradovanın xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin Qərardan həmçinin görünür ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən icra sənəsi üzrə Borclu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 23 saylı Notariat Ofisi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş Borclu vərəsələrinin vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Həmin materialda olan xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu vərəsələri arvadı X4 və oğlu X3 hər biri miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 157,M14, m5 ünvanında yerləşən ümumi sahəsi 128.6 kv.m olan mənzildən ibarət əmlaka ½ irs almalıdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Borclu vərəsələri müəyyən edilmiş, onun arvadı və oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İcra məmuru öz qərarını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsi ilə (tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə) əsaslandırmaqla, icra sənədinin icra olunması üzrə borclunun vərəsəsi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsin müəyyən olunması üçün tədbirləri həyata keçirmədən icra sənədi üzrə icraata xitam vermişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradovanın xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(006)-7778/2018 saylı icra sənədi icra icraatının davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Nərmin Almuradovanın xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(006)-7778/2018 saylı icra sənədi icra icraatının davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-202/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-202/2023
21.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver