Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-202/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3570/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 24000 manat məbləğində pul vəsaiti və 162 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. İcra sənədi icraata xx.xx.2024-cü il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin konüllü icra olunması üçün borcluya bildiriş göndərilmişdir. Lakin, borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. İş üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, icra məmuru X2 tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Eyni tarixli bildirişlə borcluya tələbi 10 gün müddətində könüllü icra etməsi barədə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqla Borclu “İcra haqqında” qanunun tələbləri barədə xəbərdarlıq edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq qeyd edir ki, hazırda Borclu Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və icra məmurunun qanuni çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №8(006)-202/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-202/2024
06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver