Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-205/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024-007 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “əmlak üzərinə həbsin qoyulması” barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Hyundai Tucson” minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” 320 minik markalı, ** FM *** dövlət qeydiyyat nömrə nişanlı, “Gac” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ilə X3 arasında 25 dekabr 2006-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 4554 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı və xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X8 anaları X2 ilə qalmalı və yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu X1 xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Hyundai Tucson” minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” 320 minik markalı, ** FM *** dövlət qeydiyyat nömrə nişanlı, “GAC” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, tələbin həmin əmlaklara yönəldilməsi üçün iş üzrə Borclu məxsus “Hyundai Tucson” minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” 320 minik markalı, ** FM *** dövlət qeydiyyat nömrə nişanlı, “GAC” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuru və tələbkara məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra məmuru və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 334/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ilə X3 arasında 25 dekabr 2006-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 4554 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı və xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu X1 xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024-007 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə e39303/2024-5-41-004 nömrəli bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi, borclu icra vərəqini könüllü icra müddəti ərzində icra etməmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu adına “Hyundai Tucson” minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” 320 minik markalı, ** FM *** dövlət qeydiyyat nömrə nişanlı, “GAC” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Hyundai Tucson” minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” 320 minik markalı, ** FM *** dövlət qeydiyyat nömrə nişanlı, “GAC” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyatdan keçmişdir. Təqdimatın ətraflı araşdırılmasını təmin etməkdən ötrü e39303/2024-5-41-004 saylı icra işi istənilmiş, e-2(006)-334/2024-007 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin xx.xx.2204-cü il tarixdə şöbənin icraatına daxil olduğu, müvafiq qərarla icraata başlanıldığı, icraata başlamaq haqqında qərar və bildirişin icra edilməsi üçün borcluya, məlumat üçün isə tərəflərə göndərildiyi, borclunun əmlak vəziyyətinin “Elektron icra” informasiya sistemi vasitəsi ilə yoxlanıldığı və onun adına tələbin yönəldiləcək daşınar əmlakların aşkar edildiyi kimi tədbirlərin həyata keçirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “GAC” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə təqdimatın təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, müvafiq məhdudiyyətin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Məhkəmə hesab edir ki, borclunun ödəməli olduğu aliment məbləği üzərinə həbs qoyulması tələb edilən əmlakların ümumi dəyərinə mütənasib deyil, əksinə əmlakların dəyəri borc məbləğindən xeyli artıqdır. Bu səbəbdən üzərinə həbs qoyulan əmlakın dəyəri borc məbləğinə uyğun olmalıdır və hazırda digər avtomobillərin üzərinə həbs qoyulmasına zərurət yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024-007 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “GAC” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-205/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-205/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver