Məhkəmə qərarları › İş №8(006)-206/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-206/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-206/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4719/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus olan əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4719/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4719/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu əsas borc üzrə 204.000 (iki yüz dörd min) manat, 210 (iki yüz on) manat hüquqi xidmətin əvəzi, tələbkar tərəfindən ödənilmiş dövlət büdcəsinə iddianın verilməsinə görə 494 (dörd yüz doxsan dörd) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Eyni zamanda borcluya icra sənədinin icrası ilə bağlı “elektron smslər” göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və “Chevrolet Aveo” minik markalı, **-LS-***, “Toyota Hilux” minik markalı, **-UJ- ***, “Mitsubishi Pajero-İo” minik markalı, **-DF-***, “Toyota C-HR” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlaklarının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, icra sənədi üzrə Borclu məxsus olan əmlakların üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə müraciət olunaraq, zərurət aradan qalxdığı üçün Borclu məxsus olan əmlakların üzərinə həbs qoyulmasına dair təqdimata baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, icra sənədi üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, məktubu və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, icra işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Göründüyü kimi, əsasında icra sənədi verilmiş məhkəmə qətnaməsindən verilən şikayət apellyasiya qaydasında baxılmaq üçün mümkün hesab edildiyindən, hazırki təqdimata baxılması məqsədəmüvafiq hesab oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar