Məhkəmə qərarları › İş №8(006)-206/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-206/2025

20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-206/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-2091/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu İan Munronun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, borclu İan Munronun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-2091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu İan Munrodan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının ½ miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu İan Munroya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Əvvəlki məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2091/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən İan Munrodan xx.xx.2021-ci il təvəllüdlü Tələbkar İan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/12 hissəsi miqdarında aliment Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, ******* nömrəli iş icazəsinin ləğv edilməsi haqqında qərara əsasən “X3 East (BVİ) LTD Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli müraciəti təmin edilmiş və Böyük Britaniya və X4 Krallığı vətəndaşı ********* nömrəli Pasporta malik olan Munro iana Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün verilmiş 93389 nömrəli iş icazəsi ləğv edilmiş və qüvvədən düşmüş hesab olunmuşdur. Təqdimata əlavə edilmiş Dövlət Miqrasiya Xidməti X1 və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən Nəsimi rayon icra şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Böyük Britaniya və X4 Krallığı vətəndaşı İan Munroya sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2025-ci il tarixinədək olan iş və yaşama icazəsi verilmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Lakin şəxsə verilmiş icazə xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən İan Munro barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkan xaricindədir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən Böyük Britaniya və X4 Krallığı vətəndaşı İan Munronun ölkə hüdudlarını tərk edibetməməsi barədə məlumatın məhkəməyə göndərilməsi xahiş edilsə də, sorğuya cavab təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, borc məbləğinin çox olmasını, uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən öhdəliyin yerinə yetirilməsi üçün hər hansı bir addımın atılmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclu İan Munronun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)-2091/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə borclu İan Munronun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar