Məhkəmə qərarları › İş №8(006)-208/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-208/2022

28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-208/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadından icra məmuru X4 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-86/2021-019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-86/2021-019 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 04 aprel 2015-ci il təvəllüdlü X3 və 24 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər bir uşaq üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixədək hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, xx.xx.2021-ci il tarixdən başlayaraq yektinlik yetkinlik yaşına çatanadək hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq Tələbkar ödənməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclular göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borcluların əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, Borclu bu günə ödənilməmiş 3950 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə baxılması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 8(006)-208/2022 saylı qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatının təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-86/2021 saylı icra sənədi üzrə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Hazırda icra məmuru X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 8(006)-208/2022 saylı qərardadından ərizə verərək onun ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2021-019 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi tələbkarın ərizəsi əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Bununla əlaqədar, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata baxılmadan geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmiş, lakin xx.xx.2022-ci il tarixində Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı şöbənin icraatına məlumat üçün daxil olmuşdur. Göstərilənlərə əsasən, Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı qərardadı ləğv edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata aid iş materiallarından göründüyü kimi icra sənədi üzrə Tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2022-ci il tarixində icra sənədinin qaytarılması haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 8(006)-208/2022 saylı qərardadı ləğv edilməli və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-86/2021-019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 ərizəsi təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-86/2021-019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar