Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-208/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkar, Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili X2 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulması barədə təqdimatlarına, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336 000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmişdir. İcraat zamanı Borclu1 həyat yoldaşı Maraqlı şəxs adına olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 B saylı bağ sahəsi aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 həyat yoldaşı Maraqlı şəxs məxsus ünvan 1 ünvanında 0,2166 ha torpaq sahəsinin yarısına yəni, 0,1083 ha hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müşətərk qaydada cəmi 336.000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəza çəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmiş, lakin borclu icranı təmin etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 3-21-302/2-5293/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0,50 ha torpaq sahəsinin 0,1666 ha hissəsi xx.xx.2012-ci il tarixində Maraqlı şəxs, 0,1666 ha hissəsi isə xx.xx.2012-ci il tarixində X1 adına qeydiyyata alınmışdır. Yerdə qalan torpaq sahəsinin 0,1666 ha hissəsi xx.xx.2012-ci il tarixində X3 adına qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 məxsus 0,1666 ha torpaq sahəsinin 0,05 ha hissəsi 475B saylı bağ sahəsinin bir hissəsi kimi Maraqlı şəxs satılaraq xx.xx.2015-ci il tarixində onun adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İcraat zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3-21-302/2-5293/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında ümumilikdə 0,2166 ha torpaq sahəsi Maraqlı şəxs məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5xx-xx-3750/2024 saylı mətubuna əsasən Borclu1 xx.xx.2001-ci il tarixdə Maraqlı şəxs Rəfail qızı ilə nikaha daxil olmuşdur. Borclu1 və maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadı ilə şikayət təmin edilməklə qərardad ləğv edilmiş, təqdimata baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-186/2024 saylı qərardadı ilə təqdimatların 8(006)-208/2024 nömrə altında bir icraatda birləşdirilməklə baxılması qərara alınmışdır. Məhkəmə iclasında Tələbkar təqdimatların təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili X5 təqdimatların təmin edilməməsini xahiş etdi. Borclu təqdimata baxılması üçün məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş, etirazla məhkəməyə müraciət edərək təqdimatların rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdimatlarla həbs qoyulması xahiş edilən torpaq sahəsi ərlə-arvadın birgə mülkiyyətidir. İcra məmuru pay bölgüsü aparmaqla həmin torpaq sahəsinin yalnız 0.1083 ha hissəsinin üzərinə həbsin qoyulmasını xahiş etmiş bununla da torpaqğın bu hissəini onun birgə mülkiyyətində payı kimi qiymətləndirmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 0.05 ha olan 475 B saylı bağ sahəsi Maraqlı şəxs Rəfail qızına məxsusdur. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 0.1666 ha olan 475 b saylı bağ sahəsinin bir hissəsi Maraqlı şəxs Rəfail qızına məxsusdur. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahəsi 475 b saylı bağ sahəsinin üzərinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixdə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmü ilə 475 b saylı bağ sahəsinin üzərinə Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmışdır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş icra işindən müəyyən edilir ki, Borclu1 xx.xx.2001-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1971-ci il təvəllüdlü Maraqlı şəxs Rəfail qızı ilə nikaha daxil olmuşdur. İcra Haqqında Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Qanunun 44.1-ci maddəsinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Qanunun 44.2-ci maddəsinə əsasən həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Sadalanan qanunvericilyin tələblərindən görünür ki, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Beləliklə müəyyən olunur ki, təqdimatla üzərinə həbs qoyulması tələb edilən əmlakın bir qisminin üzərinə həbs qoyulmuşdur (475b bağ sahəsi), icra məmurunun təqdimatında həmin həbs qoyulmuş əmlakla borculunun Maraqlı şəxs birgə nikahları dövründə əldə etdiyi 0,05 ha ölçüdə digər əmlakı (475B bağ sahəsi) birləşdirilərək, ümumilkdə təşkil edən 0,2166 ha torpaq sahəsinin yarısına, yəni 0,1083 ha hissəsinə həbs qoyulması xahiş edilmişdir. Hazırki vəziyyətdə isə həbs qoyulmamış əmlakın (475B bağ sahəsi) üzərində pay müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, ümumi birgə mülkiyyətdə olan əmlaka pay müəyyən edilmədiyindən onun üzərinə həbs qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, təqdimatlar təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,05 ha ölçüdə olan 475 B saylı bağ sahəsi və ünvan 3 ünvanlarında olan ümumilikdə 0,2166 ha torpaq sahəsinin yarısına yəni, 0,1083 ha hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatlar təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-208/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-208/2024
15.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver