Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-21/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, Tələbkar, Borclu Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisi X1 iştirakları ilə Tələbkar “məcburi iş buraxmaya görə ödənilən əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar “məcburi iş buraxmaya görə ödənilən əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin ödənilməsi və s.” tələblərinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07.20xx-xx.2022-ci illər dövrü üzrə “məcburi iş buraxma”ya görə xx.xx.2022-ci il tarixində ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin Borclu Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi, 2020-ci ilin son 6 (altı) ayı və tam 2021-ci ilin aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinin indeksləşdirilməsindən alınan cəmi məbləğin ərizəçinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin Borclu Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsinin iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdeh Borclu ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Borclu xx.xx.2022-ci il tarixində qətnaməni qismən icra etmişdir. Belə ki, “məcburi iş buraxma” dövrü üzrə (xx.xx.2020-xx.xx.2022-ci illər) aylıq tarif (vəzifə) maaşının (iyul-dekabr 2020-ci il dövrü üzrə hər ay gross 1840 manat, qalan dövr üzrə isə gross 2300 manat) ödənilməsi həyata keçirilmişdir (ödənilən məbləğ net olaraq 43103.98 manat təşkil etmişdir). Hesabdan çıxarışda əks olunan rəqəmlər gross əmək haqqından tutulmalar çıxıldıqdan sonrakı rəqəmlərdir. Tələbkar Borclu ASC-yə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində icraata götürülmüşdür. xx.xx.2022-ci il tarixində “iddia tələbinin həcminin artırılması barədə” iddia ərizəsinə əlavə və xx.xx.2022-ci il tarixində “iddia predmetinin dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə” iddia ərizəsinə əlavə ilə həmin məhkəməyə müraciət etmişdir. İddia predmeti aşağıdakılardan ibarətdir: 1. Qanuna zidd olaraq işdən çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü) üçün orta əmək haqqının ona ödənilməsi; 2. Məhkəmələrdə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi cəmi 980 (doqquz yüz səksən) manat xərc məbləğinin ona ödənilməsi; 3. 07.20xx-xx.2022ci illər dövrü üzrə “məcburi iş buraxma”ya görə xx.xx.2022-ci il tarixində ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin ona ödənilməsi; 4. 2020-ci ilin oktyabr-dekabr ayları (4 ay) üzrə aylıq tarif (vəzifə) maaşları arasında yaranmış fərq məbləğinin (yəni 460 x 4 ay = 1840 manatın) ona ödənilməsi; 5. 2020-ci ilin son 6 (altı) ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin Borclu ASC-nin üzərinə qoyulması; 6. Mediasiyaya ödədiyi 60 (altmış) manat rüsumun Yelo Bank» ASC-dən alınaraq ona ödənilməsi barədə. İddia ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)- 5600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Göründüyü kimi, Tələbkar Borclu ASC-nin rəhbərliyinin təqsiri üzündən uzun müddət əmək haqqından məhrum edilmiş və bu dedikləri qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sübut olunmuşdur. Odur ki, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində o və ailəsi həmin məbləğlərdən vaxtlı-vaxtında faydalana bilməmişlər. “Məcburi iş buraxma”ya görə ödənilən həmin vəsaitlər aylar üzrə vaxtlı-vaxtında ödənilsəydi, Tələbkar həmin məbləğdən ailəsinin aylıq ehtiyaclarını qarşılayardı, eyni vaxtda əmək haqqından məhrum edildiyindən ailəsini dolandırmaq, xəstə ailə üzvlərinin müalicəsi məqsədilə borc pul almazdı. “Məcburi iş buraxma”ya görə xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğ “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir) tələblərinə uyğun olaraq hesablanmaqla (indeksasiya edilərək) alınan indeksasiya məbləği Tələbkar ödənilməlidir və o, bu tələbində haqlıdır. Qeyd edilən Qanun Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətinin qorunması, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin artırılması məqsədlərinə xidmət edir. “Məcburi iş buraxma”ya görə ödənilən həmin vəsaitlər aylar üzrə vaxtlı-vaxtında ödənilmədiyindən məcburi dövlət sosial sığortası üzrə ödəniş də vaxtında Tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda olan fərdi şəxsi hesabına köçürülməmişdir. Məlumdur ki, hər ilin yekununa əsasən növbəti ilin əvvəlində fərdi şəxsi hesabda toplanan vəsait məbləği “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən indeksləşdirilir. Odur ki, hər ay əmək haqqı vaxtlı-vaxtında ödənilsəydi, məcburi dövlət sosial sığorta ödənişləri üzrə həmin məbləğlər (gross əmək haqqının 25%-i) növbəti ilin əvvəlində indeksləşdirilərdi. Odur ki, bankın günahı ucbatından həm 2020-ci ilin ikinci yarım ili (ilin son 6 ayı) üzrə hesablanmış gross əmək haqqı 11040 manat, həm də tam 2021-ci il üzrə hesablanmış gross əmək haqqı 27600 manat ödənilməli məbləğlər vaxtında ödənilmədiyindən indeksləşdirilməmiş, bu da pensiya üzrə kapital yığımının düzgün hesablanmamasına səbəb olmuşdur və bir işçi kimi onun hüquqları pozulmuşdur. Göründüyü kimi, vaxtında ödənilməyən məcburi dövlət sosial sığorta məbləğləri:
1. 2020-ci il üzrə 1840 x 6 ay = 11040 x 25% = 2760 manat;
2. 2021-ci il üzrə 2300 x 12 ay = 27600 x 25% = 6900 manat təşkil edir. Beləliklə, 2760 manat həm 2021-ci ildə, həm 2022-ci ildə, 6900 manat isə 2022-ci ildə indeksləşdirilməli idi. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Borclu ASC tərəfindən vaxtı-vaxtında ödənilməyən məcburi dövlət sosial sığorta məbləğlərinin indeksləşdirilməsindən alınan məbləğlər bank tərəfindən Tələbkar Dövlət Sosial Müdafiə Fondunda olan fərdi şəxsi hesabına ödənilməlidir və o, tələbində haqlıdır. Hazırki mübahisədə Tələbkar indeksləşdirmə tələbi qanunidir və məhkəmə tərəfindən təmin edilməlidir. Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizəyə etiraz təqdim edilərək, iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Tələbkar ərizəsi əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ilə Borclu ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A nömrəli əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmalı, Tələbkar əvvəlki işinə bərpa edilməli, R. Hacıyevə xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək, məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməli, Borclu ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul tutularaq R. Hacıyevə ödənilməlidir. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Borclu ASC-yə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Borclu ASC tərəfindən həmin icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək Tələbkar 43.133,98 (qırx üç min yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 (səkkiz) gün hesablanmış məbləğlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 438 (dörd yüz otuz səkkiz) gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 (dörd yüz qırx altı) gün üçün ödənilmiş məbləğ) vəsait ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi Borclu ASC tərəfindən tam icra olunmuş (istisna: əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsinə dair əlavə qeyd əmək kitabçasına qeyd edilməmişdir, çünki tələbkar əmək kitabçasını Banka təqdim etməkdən imtina edir), müvafiq ödəmələr Tələbkar hesabına köçürülmüş, tələbkar əvvəlki işinə bərpa olunmuş, lakin o işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən onun tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir. Göstərilənləri nəzərə alan Yasamal rayon İcra şöbəsinin icra məmuru S.Abasov xx.xx.2021-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə (“tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına mane olduqda”) əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilmədən həmin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərardan Tələbkar şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, icra məmurunun qərarı qüvvəsində saxlanılmışdır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması, yaxud da icranın üzrsüz səbəblərdən ağlabatan müddəti aşan şəkildə yubadılması borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsilə qorunmasını tələb edə bilər. Həmçinin, qeyd edilməlidir ki, borclu məhkəmə qərarının icrası üzrə öhdəliyinin daşıyıcısıdır. Həmin öhədliyin yerinə yetirilmədiyi, xüsusilə də uzun zaman kəsiyində yerinə yetirilmədiyi müddət ərzində şəxsin indeksasiyanı tələb haqqı məhdudlaşdırıla bilməz (onun təqsirli davranışına bağlı hallar istisna olmaqla). Lakin qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsində nəzərdə tutulan tələblər, o cümlədən də Tələbkar ödənilməli olan məbləğlər Borclu ASC tərəfindən tələbkara dərhal və tam həcmdə ödənilmişdir. Borclu ASC tərəfindən sözügedən icra vərəqəsinin icrasında heç bir gecikdirməyə yol verilməmişdir. Bu baxımdan icra vərəqəsi üzrə Tələbkar ödənilmiş pul vəsaitinin indeksasiyasının aparılmasına yol verilə bilməz. Bu, indeksasiya barədə normaların mahiyyətinə ziddir. Bundan başqa, Tələbkar indeksləşdirmə tələbi, həmçinin, onun Borclu ASC-nin təqsiri üzündən işdən çıxarılması və bu səbəbdən vaxtında əmək haqqı almamasından qaynaqlanır. Tələbkar və Borclu ASC arasında “işə bərpa və sair tələbləri barədə” məhkəmə mübahisələri getdiyi müddət ərzində əmək haqqı hesablanaraq tələbkara ödənilə və həmin əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparıla bilməzdi. Çünki həmin müddət ərzində Tələbkar işdən çıxarılması barədə xx.xx.2020-ci il tarixli əmri qüvvədə olmuşdur. Həmin əmrin etibarsız hesab edilməsi və sair barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra sənədi Borclu ASC tərəfindən gecikməyə yol verilmədən dərhal icra edilmişdir. Qeyd olunanlara əsasən pul vəsaitinin indeksasiya olunaraq ona verilməsi barədə Tələbkar ərizəsi əsassızdır, ərizənin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə alaraq, Tələbkar pul vəsaitinin indeksasiya olunaraq ona verilməsinə dair ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyib, ərizəyə etirazın məzmununa uyğun izahat verərək, ərizənin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisi X3 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş materialları araşdırıb, tələbkarın, borclunun nümayəndəsinin və mütəxəssisin izahatını dinləyib, ərizəni və borclu tərəfindən təqdim edilmiş etiraz ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-21/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərardadına əsasən ərizəçi Tələbkar “məcburi iş buraxmaya görə ödənilən əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin ödənilməsi və s.” tələblərinə dair ərizəsinin “2020-ci ilin son 6 (altı) ayı və tam 2021-ci ilin aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinin indeksləşdirilməsindən alınan cəmi məbləğin ərizəçinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin Borclu Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)-4149/2020 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə Borclu ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, Tələbkar əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)- 4149/2020 saylı qətnaməsinin iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi qət edilmişdir. Ərizəyə əlavə edilmiş Tələbkar məxsus əmək haqqı hesabından xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində 07.2020-dən 05.2022-dək olan dövrlər üzrə əmək haqqı məbləği cəmi 43103.20 manat məbləğində pul Tələbkar hesabına köçürülmüşdür. Borclu ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişin üzərindəki ştampdan görünür ki, həmin sənəd Borclu ASC-yə xx.xx.2022-ci il tarixdə 08869 nömrə ilə daxil olmuşdur. Borclu ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 155/T nömrəli əmrdən görünür ki, Borclu ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi haqqında əmr verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-83661/26-550 nömrəli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar ilə cavabdeh Borclu Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmışdır. Tələbkar əvvəlki işinə bərpa edilməlidir. Tələbkar xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməlidir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilmişdir. Borclu ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar banka göndərilmişdir (böyük icra məmuru Səvxan Abasov). İcraat zamanı məlum olmuşdur ki, Borclu ASC tərəfindən xx.xx.2020-ci il tarixində icra vərəqisinin icrasının təmin edilməsi barədə əmr verilmiş, Tələbkar 43.133,98 (qırx üç min yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində vəsait köçürülmüş və onun barəsində qeydə alınmış xx.xx.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli bildirişin etibarsız hesab edilməsi məqsədilə X2 Xidmətinə müraciət edilmişdir. X2 Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli bildiriş 07 iyun 2022-ci il tarixdə etibarsız hesab edilmiş, bank tərəfindən Tələbkar əvvəlki işinə bərpa edilməsi barədə əmr verilmiş, Tələbkar işə çıxması barədə bildiriş göndərilmiş, 07 iyun 2022-ci il tarixli məktubla 08 iyun 2022-ci il tarixdə Bankın baş ofisinə dəvət edilmişdir. Lakin Tələbkar işə çıxmamış, işə bərpa edildiyi “28 May” filialının əvvəl işlədiyi “8 saylı” filialı olmadığını iddia etmiş, hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla belə Tələbkar əmək haqqı ödənilmiş və o, vəsaiti qəbul etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi üçün həmin məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkarın əvvəl işlədiyi Bankın “8 saylı” filialı hazırda (son nəticədə) ünvan 1 ünvanında “28 May” filialı kimi fəaliyyət göstərir, yəni “8 saylı” filial ləğv olunmamış, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Hazırda Tələbkar “07.20xx-xx.2022-ci illər dövrü üzrə “məcburi iş buraxma”ya görə xx.xx.2022-ci il tarixində ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin Borclu Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi”ni tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, işdə olan sənədlər əsasında müəyyən olunur ki, borclu tərəfindən qətnamə vaxtında, yəni könüllü icra müddəti ərzində icra edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra haqqında bildirişlə borcluya göndərilmiş, qərar və bildiriş xx.xx.2022-ci il tarixdə banka (borclunun ünvanına) daxil olmuş və xx.xx.2022-ci il tarixdə icra sənədinin həlli istiqamətində borclu tərəfindən müvafiq addımlar atılmış, bu barədə əmr verilmiş, məcburi iş buraxmaya görə, yəni 07.2020dən 05.2022-dək olan dövrlər üzrə əmək haqqı məbləği, cəmi 43103.20 manat məbləğində pul tələbkarın hesabına ödənilmişdir. Tələbkar əvvəlki işinə bərpa edilməsi barədə əmr verilmiş, ona işə çıxması barədə bildiriş göndərilmiş, 07 iyun 2022-ci il tarixli məktubla 08 iyun 2022-ci il tarixdə Bankın baş ofisinə dəvət edilmişdir. Lakin o, işə çıxmamış, işə bərpa edildiyi “28 May” filialının əvvəl işlədiyi “8 saylı” filialı olmadığını iddia etmiş, hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla belə ona əmək haqqı ödənilmiş və o, həmin vəsaiti qəbul etmişdir. Tələbkar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi üçün həmin məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkarın əvvəl işlədiyi Bankın “8 saylı” filialı hazırda (son nəticədə) ünvan 1 ünvanında “28 May” filialı kimi fəaliyyət göstərir, yəni “8 saylı” filial ləğv olunmamış, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. Sonradan xx.xx.2022-ci il tarixdə Tələbkar ilə Borclu ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmişdir. Bundan sonra xx.xx.2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən, “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” əsası ilə Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Tələbkar həmin qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Belə ki, qərardaddan görünür ki, tələbkar əvvəlki işinə bərpa edilmiş, yəni icra sənədi həmin hissədə icra edilmiş, bundan sonra digər əsasla əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin icra sənədinin icrası artıq mümkün deyildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu tərəfindən icra sənədi gecikdirilmədən, xüsusilə də məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində dərhal icra edilmişdir. Buna görə də tələbkar tərəfindən verilmiş ərizədə göstərilən indeksasiya tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə pul məbləğinin ödənilməsi hissəsində gecikdirilmədən, dərhal icra olunduğundan və indeksasiya üçün əsas olan hal müəyyən edilmədiyindən, Tələbkar “məcburi iş buraxmaya görə ödənilən əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin ödənilməsi” tələbinə dair ərizəsi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ:
Tələbkar “məcburi iş buraxmaya görə ödənilən əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan indeksasiya məbləğinin ödənilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova