Məhkəmə qərarları › İş №8(006)-214/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-214/2023

01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-214/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) hər ay 220 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməli, xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 50 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmiş, lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. İcraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bundan sonra borclu şöbəyə dəvət edilərək izahatı alınmış, izahatında icra sənədindən xəbərdar olduğunu, yaranmış borcu ödəyə bilmədiyini və yeni işə düzəldiyinə görə əmək haqqısının hər ayın 3-10-u arası karta tam köçürüləcəyini və alimentin hər ay bu müddətdə ödəyə biləcəyini bildirmişdir. Bundan sonra iş üzrə Tələbkar xx.xx.2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclunun yaranmış 810 manat aliment borcunun onun əmək haqqısına yönəldilməsini və borclunun aliment ödəməmək üçün xaricə gedəcəyini bildirilərək onun ölkə xaricinə çıxmasına qadağa qoyulmasını xahiş etmişdir. Göstərilənlərə əsasən borclu xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) hər ay 220 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməli, xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək Borclu xx.xx.2023cü il tarixdən başlayaraq, hər ay 50 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini dərhal könüllü icra etmək barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin bank hesabları barədə də məlumat yoxdur. "xxxx" MMC-də “operator, yanacaq doldurma məntəqəsi” vəzifəsində işləyir, 380.0 manat əmək haqqı alır. xx.xx.2032-ci ilədək istifadə müddəti olan C03781891 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportuna malikdir. Təqdimata əlavə edilmiş Tələbkar tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 16(006)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ona aliment ödəmədiyindən və 810 manat aliment borcu yarandığından, həmin borcun borclunun əmək haqqına yönəldilməsini, həmçinin borclunun aliment ödəməmək üçün xaricə gedəcəyini nəzərə alıb, onun ölkədən xaricə çıxmasına qadağa qoyulmasını xahiş etmişdir. Təqdimata əlavə edilmiş Borclu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, bu günədək tam və normal bir işdə çalışmadığından icra sənədi üzrə borcunu ödəmədiyi, borcunun 810 manat təşkil etdiyi, keçən ayın 10-dan işə başladığı və bu aydan alimentin ödənilməsinin tam həyata keçirəcəyi, alimenti hər ayın 3-10-u arası ödəyə biləcəyi barədə yazılı izahat vermişdir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Nəsimi Rayon Məhkəməsinin 16(006)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarında olan tələbin dərhal icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Nəsimi Rayon Məhkəməsinin 16(006)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra sənədini dərhal könüllü icra etmək barədə xəbərdarlıq edilmişdir. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 16(006)- 26/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 220 manat aliment borcunun tutulanadək Borclu əmək haqqısının 70% miqdarı və borc məbləği tam ödənildikdən sonra hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar bank hesabına köçürülməsi və nəticəsi barədə hər ay Nəsimi rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu tutulanadək hər ay Borclu əmək haqqısının 70% miqdarı və borc məbləği tam ödənildikdən sonra hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar bank hesabına köçürülməsi və nəticəsi barədə hər ay Nəsimi rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Beləliklə, iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi Borclu tərəfindən hər hansı üzrlü səbəb olmadan icra edilməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar