Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-215/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Nəsimi rayon icra şöbəsinin icra məmuru X1 itşirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-197/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes E240» minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Aydın Hümbətovun təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru Aydın Hümbətov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-197/2021 qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes E240» minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1823/2021 icra sənədinə əsasən, Borclu mülkiyyətində olan «Mercedes E240» minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-197/2021 qərardadı ilə təqdimat təmin olunmuş və sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda zərurət aradan qalxmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8(006)-197/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon icra şöbəsinin icra məmuru Aydın Hümbətov təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, borclu, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 633,38 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-197/2021 qərardadı ilə Borclu məxsus olan «Mercedes E240» minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" ASC tərəfindən Nəsimi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Borclu ASC-yə olan borcunu tam ödədiyi üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə sasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, icra sənədi borclu tərəfindən tam icra olunduğundan və bununla da icra icraatına xitam verildiyindən Borclu mülkiyyətində olan «Mercedes E240» minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(006)-197/2021 saylı qərardadına əsasən «Mercedes E240» minik markalı, **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 267, 268 və 269.2-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon xx.xx.2021-ci il tarixli, 8(006)-197/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes E240» minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Nəsimi rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №8(006)-215/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-215/2023
01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver