Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-217/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə İcra sənədi üzrə Tələbkar ASC-nin “icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icra olunması üçün göndərilməsi”nə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar ASC “icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icra olunması üçün göndərilməsi”nə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1657/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Nəsimi Rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1657/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu və X3 müştərək qaydada cəmi 7101,19 manat məbləğində pul vəsaiti və 91,02 manat dövlət rüsumu məbləğində pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1657/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi cavabdeh Borclu aid hissədə icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Murad Xudaverdiyevin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Məlumat üçün o da qeyd edilir ki, icra məmuru Murad Xudaverdiyevin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq Tələbkar ASC-yə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2024-cü il tarixli qərarının surəti 15 aprel 2025-ci il tarixdə Tələbkar ASC-yə təqdim edilmişdir. Hesab edilir ki, icra məmuru Murad Xudaverdiyevin “icra sənədinin qaytarılması haqqında" xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1657/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra olunması üçün yenidən Nəsimi Rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2024-cü il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir. Lakin icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə, icra məmuru Murad Xudaverdiyev bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Eyni zamanda icra məmuru nəzərə almamışdır ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən borclu verilmiş könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə onun barəsində müxtəlif növ məcburi icra tədbirlərinin görülməsi nəzərdə tutulur. Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təşkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru Murad Xudaverdiyev bu icra tədbirlərini də tətbiq etməmişdir. Bundan əlavə borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızıl-zinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olubolmaması yoxlanılmamışdır. Bundan başqa icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər (İHQ maddə 84-1). Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda icra sənədinin icrası üçün xeyli sayda və növdə məcburi icra tədbirləri tətbiq edilməli olduğu halda icra məmuru Murad Xudaverdiyev bu icra tədbirlərinin heç birini tətbiq etmədən qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixli qərar qəbul edərək icra sənədini icra olunmadan məhkəməyə qaytarmışdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə tərəflərin verilən şikayət ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1657/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Tələbkar ASC ilə Borclu arasında bağlanmış 21.011.2019-cu il tarixli, Rest № 002CASA193250037 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi, cavabdehlər Borclu, X3 müştərək qaydada 7072,03 AZN (yeddi min yetmiş iki manat, üç qəpik) əsas borc, 29,16 AZN (iyirmi doqquz manat, on altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 7101,19 AZN (yeddi min bir yüz bir manat, on doqquz qəpik) məbləğində borc və 91,02 AZN (doxsan bir manat, iki qəpik) ödənilmiş dövlət rüsumunun alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Qərardan görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən ünvan 1 ünvanında oldular, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Odur ki, qeyd edilənlərə əsasən icra sənədinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən geri qaytarıldığından Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 23.1 və 23.1.3-cü maddələrinin tələblərinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2- 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi mübahisələndirilən qərarı qəbul edən icra məmuru qərarı onunla əsaslandırmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2024cü il tarixli akt tərtib olunmuşdur. Halbuki, qanunvericiliyin tələbinə əsasən tərtib edilən həmin akt barədə tələbkara məlumat verilməli olmasına baxmayaraq məlumat verilməmişdir. Bundan başqa, “İcra haqqında” Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə araşdırması zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilən çıxarışdan görünür ki, Borclu "xxxx" Mənzil-Tikinti Kooperativində mühafizəçi işləyir və əmək haqqı 669.71 manat məbləğindədir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən borclunun əmək fəaliyyəti ilə məşğul olub-olmaması məsələsi də araşdırılmalı idi. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədi üzrə tələb icra edilmədiyi təqdirdə məcburi icra tədbiri kimi tələbin borclunun əmək haqqına yönəldilməli olmasına baxmayaraq icra məmuru bunu da etməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, icra məmurunun icra olunmalı olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1657/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin qeyd edilən əsaslar ilə məhkəməyə geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərar əsassızdır. Belə ki, icra sənədinin icra edilməsi məqsədilə icra məmuru səlahiyyətlərindən tam istifadə etməyərək icra sənədini geri qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar ASC tərəfindən verilmiş “icra sənədinin qaytarılması haqqında qərardan” şikayəti təmin edilsin. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1657/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-217/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-217/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver