Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-221/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-875/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu 1.788,78 manat məbləğində pul vəsaiti və 37,89 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Təqdimat verilən günədək borclu tələbi təmin etməmişdir. xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən məcburi gətirilmə ilə bağlı qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra icraatının tərəfləri və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
5. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2025-ci il tarixdə icra sənədi verilmişdir.
6. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır.
7. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.
8. İcra işinin materiallarında olan “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, borcluya məxsus “555698633” nömrəsinə icraata başlamaq və könüllü icra müddəti üçün bildiriş göndərilmişdir.
9. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclunun məcburi qaydada İcra şöbəsinə gətirilməsi qərara alınmışdır.
10. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclunun əlaqə məlumatları bölməsində “552222824”, “553161288”, “555012824” və “555698633” nömrələri qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu icra sənədini icra etməli olduğu barədə bildirişi SMS vasitəsilə almasına baxmayaraq, icra sənədinin icrasından yayınır, icra məmurunun çağırışına və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də məhkəmə hesab edir ki, icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
12. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddə. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84.2-ci maddə. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur.
13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilməli, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir.
Nəticə:
14. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova