Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-222/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin borclunun məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev, təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra Bakı şəhəri Nəsimi rayon icra şöbəsi məktubla məhkəməyə müraciət edərək, icra sənədi üzrə tələb tam təmin edildiyindən təqdimatıın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, icra məmuru təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, təqdimat baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin borclunun məcburi gətirilməsi barədə təqdimatı baxılmamış saxlansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-222/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-222/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver