Məhkəmə qərarları › İş №8(006)-225/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-225/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-225/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3983/2023 saylı icra sənədinə əsasən Maraqlı şəxsndna 1236 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrasız olaraq geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə və icra tədbirlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, icra məmuru təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, təqdimat baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin şikayəti baxılmamış saxlansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar