Məhkəmə qərarları › İş №8(006)-226/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-226/2022

28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-226/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X3 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X2 adına olan “Opel Astra” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 3.739 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, X3 məxsus “Opel Astra” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən tələbin əmlaka yönəldilməsi üçün iş üzrə borclu X2 adına “Opel Astra” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, “Opel Astra” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin hüquqi sahibi X4r. Təqdimata əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X1 3.739 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu X3 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan “X6 Edilməsi Agentliyi” MMC-nin Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivlərinin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrasını səmərəli şəkildə təşkil etmək məqsədilə "xxxx" QSC ilə “X6 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququnun idarə edilməsini “X6 Edilməsi Agentliyi” MMC həyata keçirir. Nəsimi rayon İcra şöbəsinin icraatında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən borclu X1 3.739 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixinə borclu X2 qiyabi qətnamə üzrə icra olunmamış qalıq borcu 3769,82 (üç min yeddi yüz altmış doqquz manat, səksən iki) manat təşkil edir. İcra sənədi üzrə Nəsimi rayon İcra şöbəsində görülmüş icra tədbirləri ilə bağlı “X6 Edilməsi Agentliyi” MMC-yə rəsmi məlumat verilməsi xahiş edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Qanunun 50.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri olaraq icra sənədi üzrə borclu X2 mülkiyyətində olan “Opel Astra” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X2 mülkiyyətində olan “Opel Astra” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar