Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-226/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İcra sənədi üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icra olunması üçün göndərilməsi”nə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icra olunması üçün göndərilməsi”nə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu ümumilikdə 514 manat pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulmasına dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş, icra sənədi icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən məhkəməyə qaytarılmışdır. Qərar xx.xx.2025-ci il tarixdə rəsmi qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilmişdir. Qeyd edilən qərarın qanunsuz və əsassız olduğu hesab edilir. Belə ki, qərardan görünür ki, icra məmuru tərəfindən borclunun özünə məxsus əmlak təqaüd olub-olmaması barədə sorğular göndərilmiş, mülkiyyətində rəsmi əmlak və rəsmi gəlirləri aşkar edilməməsi ilə kifayətlənməklə icra sənədi qaytarılmışdır. Halbuki, borclunun əmlak və gəlirlərinin axtarılması barədə bütün tədbirlər görülməmiş, birgə nikah dövründə əldə edilmiş əmlakının olub-olmaması, üçüncü şəxslərdə əmlakının olub-olmaması barədə araşdırma aparılmamışdır. Eyni zamanda borcu ödəmək barədə mövqeyinin müəyyən edilməsi məqsədilə izahatı alınmamış, borclunun ünvanında baxış keçirilən zaman isə tələbkar iştirakı təmin edilməmiş, bu barədə tərəf olaraq onlara hər hansı bildiriş göndərilməmişdir. Göründüyü kimi icra məmuru borclunun əmlak və gəlirlərinin axtarılması barədə formal tədbirlər görülməklə kifayətlənmiş, əmlak və gəlirləri barədə hərtərəfli araşdırma aparmadan icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Hesab edilir ki, həmin halların araşdırılmadan icra sənədinin məhkəməyə qaytarılması qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2669/2024 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli, BY000703 saylı müqavilə və xx.xx.2022ci il tarixli, BY000753 saylı müqavilə üzrə 310 AZN (üç yüz on manat) və 174 AZN (yüz yetmiş dörd manat), ümumilikdə 484 AZN (dörd yüz səksən dörd manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün Borclu vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu tərəfindən icra tələbi 10 gün müddətində icra edilmədiyi üçün onun barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada məcburi tədbirlərin tətbiq olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda borcluya məxsus gündəlik məişət avadanlıqlarından başqa tələbin yönəldilə biləcəyi əmlak yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında Qərardan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun icra sənədində göstərilən ünvanına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda borcluya məxsus gündəlik məişət avadanlıqlarından başqa tələbin yönəldilə biləcəyi əmlak yoxdur. Qeyd olunanlar tərəflərindən aktla rəsmiləşdirilərək icra işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sistemindən borclunun adına mülk, bağ sahəsi, avtomobil, VÖEN, qiymətli kağız, əmanət və təqaüd alıb-almaması barədə sorğu edilmiş və borclunun adına heç bir əmlak növü aşkar edilməmişdir. Odur ki, icra sənədi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında məlumatdan görünür ki, icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında Qərar xx.xx.2025-ci il tarixdə imza edilməklə rəsmi qaydada əldə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən geri qaytarıldığından Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-Cİ il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 23.1 və 23.1.3-cü maddələrinin tələblərinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2- 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi mübahisələndirilən qərarı qəbul edən icra məmuru qərarı onunla əsaslandırmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun icra sənədində göstərilən ünvanına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda borcluya məxsus gündəlik məişət avadanlıqlarından başqa tələbin yönəldilə biləcəyi əmlak yoxdur. Qeyd olunanlar tərəflərindən aktla rəsmiləşdirilərək icra işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sistemindən borclunun adına mülk, bağ sahəsi, avtomobil, VÖEN, qiymətli kağız, əmanət və təqaüd alıb-almaması barədə sorğu edilmiş və borclunun adına heç bir əmlak növü aşkar edilməmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən tərtib edilən həmin akt barədə tələbkara məlumat verilməli olmasına baxmayaraq məlumat verilməmişdir. Bundan başqa, “İcra haqqında” Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Halbuki, icra sənədi üzrə icra məmuru təkcə borclunun adına əmlak, VÖEN, qiymətli kağız, əmanət və təqaüd alıb-almaması ilə bağlı “EMF” sistemində sorğu edilməklə kifayətlənmiş, borclunun birgə nikah dövründə əldə edilmiş əmlakının, habelə üçüncü şəxslərdə əmlakının olub-olmaması məsələsi aydınlaşdırılmamış, eyni zamanda borclunun icra şöbəsinə dəvət edilərək ona icra sənədi üzrə tələbə dair münasibətinin öyrənilməsi məqsədilə izahatı alınmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya xəbərdarlıq məktubu göndərilsə də, borclunun yenə də icra tələbini yerinə yetirmədiyi üçün barəsində hansısa məsuliyyət tədbirinin görülməsi barədə tədbirlər həyata keçirilməmiş, sonda isə icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı qərar qəbul etmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, icra məmurunun icra olunmalı olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2669/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin qeyd edilən əsaslar ilə məhkəməyə geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərar əsassızdır. Belə ki, icra sənədinin icra edilməsi məqsədilə icra məmuru səlahiyyətlərindən tam istifadə etməyərək icra sənədini geri qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “icra sənədinin qaytarılması haqqında qərardan” şikayəti təmin edilsin. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2669/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-226/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-226/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver