Məhkəmə qərarları › İş №8(006)-227/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-227/2023

05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-227/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə birlikdə borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Sözügedən icra sənədi üzrə borclunun olduğu və yaşadığı yer müəyyən edilmədiyindən onun barəsində Nəsimi rayon İcra şöbəsi tərəfindən axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, (mia.gov.az) borclu barəsində xx.xx.2023-cü il tarixdən axtarış elan olunmuşdur. Göstərilənlərə əsasən, Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icraatının dayandırılmasına dair qərardad verilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 120 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi, alimentin tutulmasının xx.xx.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan və məktubdan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən xx.xx.1984-cü il təvəllüdlü Borclu barəsində axtarış elan edilmiş, saxlanılaraq (şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd ilə) Nəsimi rayon İcra şöbəsinə təhvil verilməsi, qərarın icra olunması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilməsi qərara alınmış, qərar icra olunması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Borclu barəsində xx.xx.2023-cü il tarixindən axtarış elan edilmiş, axtarışı aparan orqan (müraciət etməli olduğu orqan) Nəsimi RPİ-dir. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmurları X3, X8 tərəfindən hal şahidləri X5 və X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, onlar Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu qeydiyyatda olduğu ünvan 1 ünvanına və yaxın əraziyə baxış zamanı borcluya məxsus “Lada-21214” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin ərazidə olmadığı müəyyən edilmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu məxsus “Lada-21214” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilməsi, avtomobilin saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin cərimə meydançasına yerləşdirilməsi və Nəsimi rayon İcra şöbəsinə məlumat verilməsi qərara alınmış, qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə göndərilmişdir. İcra işinin materiallarında olan icra sənədi üzrə Tələbkar tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Borclu barəsində axtarış işinə xitam verilməsini xahiş etmişdir. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsi tərəfindən Nəsimi RPİ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, zərurət olmadığından axtarış işinə xitam verilməsi xahiş edilmişdir. İcra işinin materiallarında olan icra sənədi üzrə Tələbkar tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu tərəfindən 2022-ci ilin sentyabr ayından bu günə kimi aliment ödənilmədiyini və alimentin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda dayandırıla bilər. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5 və 21.2-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar