Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-231/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X23 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədi üzrə Borclu tərəfindən verilmiş “aktın ləğv edilməsi və s.” barədə ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi, aktlaşdırma, əşyaların qiymətləndirilməsinin onun iştirakı ilə aparılmasını, aparılmış divar turniki, əşyaların siyahıya alınması ilə bağlı yazılmış protokolun ona qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 506/2021 saylı, xx.xx.2021-ci il tarixli icra işi Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdə icra məmurlarının hərəkətlərində Borclu hüquqlarının pozulmasına aşağıdakı nöqsanlar səbəb olmuşdur: 1. Birgə nikah dövründə əldə olunmuş əşyaları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-506/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bərabər, yəni 1/2 paylara bölünməsi rayon icra şöbəsi tərəfindən əşyaların siyahıya alınma və əşyaların qiymətləndirilməsi proseduru başa çatdıqdan sonra həyata keçirilməli idi. Lakin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin məmurları xx.xx.2022-ci il tarixdə borcluya əvvəlcədən xəbərdarlıq etmədən, evə daxil olmaq üçün məhkəmənin qərarı olmadan və onun istəyinə zidd olaraq X2 adına olan və borclunun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının 2 kilidini çilingər X6 tərəfindən sındırdıqdan və bununla borcluya maddi ziyan vurduqdan sonra mənzilə daxil olmuş, istədikləri əşyaları evdən çıxarmış və həqiqəti əks etməyən akt yazaraq, imzaları ilə təsdiq etmişdirlər. 2. Aktda yazılan və həqiqəti əks etməyən məsələlər aşağıdakılardır: a) xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Borclu 5 saylı Poliklinikaya getmək üçün evdən çıxmaq istəmiş, lakin icra işində olan aktda qeyd edilmişdir ki, guya o, pəncərədən icra məmurlarının gəlişini gördüyünə görə gedirmiş. Binanın girişindəki adamın 10-cu mərtəbədəki pəncərəni görməyi ağlabatan deyil. Əlavə olaraq o, qaçmaq istəsə, 1-ci mərtəbəyə yox, 8-9-cu mərtəbəyə düşərdi, onu heç görə bilməzdilər. Binanın girişində borclunun icra məmurları ilə rastlaşması mümkünsüz idi. b) Həmin aktda qeyd edilən Borclu icra məmurlarına, polis əməkdaşlarına nalayiq ifadələr deməsi yalandır. Çünki elə olan halda polis əməkdaşı özü tədbir görərdi. Lakin icra məmurları isə borclunu tutub liftlə 10-cu mərtəbəyə məcburi gətiriblər. İcra məmurları onu itələyərək liftə gətirmiş, daha sonra itələyərək liftdən çıxardıb yaşadığı mənzilin giriş qapısınadək aparmışlar. İcra vərəqəsində onun küçədə tutulub məcburən evə aparılması barədə hər hansı bir göstəriş olmamışdır. c) Aktda qeyd edilir ki, Borclu mənzilin qarşısında fiziki təzyiq göstərmişdir. Yanlış məlumatdır. Belə ki, mənzilin qapısını çilingər vasitəsi ilə açan zaman borclu onlardan tələb etmişdir ki, sənəd göstərilsin, lakin onlar qeyri-qanuni hərəkətlərinə davam etmişlər və Borclu fiziki təzyiq göstərərək qonşunun qapısına itələmişlər. d) İcra işində icra olunarkən aparılmış əşyalar içində “32. Komputer PC, 33. Oyun sükanı dəsti (Logitech), 37. Kitablar və məktəb ləvazımatları (bir hissəsi)” evdən aparılmamışdır. Hansı orada qeyd edilib ki, aparılıb. e) İcra işinin içindəki Aktda qeyd edilir ki, 2 ədəd kreslo tələbkarın istəyi ilə mənzildə saxlanıldı. Borclunun mənzili saxlama yeri deyil. Məhkəmə icra vərəqəsində nə yazıbsa, hamısını da aparmalı idilər. f) İcra işində göstərilir ki, icra prosesi zamanı Borclu onlara əl-qol hərəkətləri ilə təzyiq göstərmişdir. Əgər belə olsaydı, orada olan polis əməkdaşı dövlət işçisinə təzyiqə görə borclu barəsində tədbir görərdi. Amma onlar özləri Borclu qarşı fiziki güc tətbiq etdiklərinə görə heç bir polis əməkdaşlarına məlumat da verməmişlər. 3. İcra işində adları qeyd edilməyən və Borclu istifadəsində olan aşağıdakı sənədlər və əşyalar aparılmışdır. a) divar turniki, b) əşyaların siyahıya alınması ilə bağlı yazılmış protokol. Göstərilənlərə əsasən, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu ərizəni müdafiə edib, məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar Alizade Khalida və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni, 2(006)-506/2021 saylı mülki işin və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 2(006)-506/2021 saylı mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları X12, X16, iş üzrə tələbkar Khalida Alizade, iş üzrə Borclu, borclunun atası X10, hal şahidləri X7, X3 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, onlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4142/2020 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanına gəlmişlər. Tərəflərə icra sənədinin tələbi izah və elan edilmiş, tələbkar Khalida Alizade bildirmişdir ki, icra sənədində siyahısı göstərilən əşyaların hamısını istəmir, özünün seçdiyi əşyaların üzərinə həbs qoyulmasını xahiş edir, borclu da onun bu xahişinə etiraz etməmişdir. Bununla da icra sənədində göstərilən siyahıdan tələbkarın seçdiyi və mənzildə mövcud olan aşağıdakı əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuş, həmin əşyalardan istifadə edilməsi cavabdeh və üçüncü şəxslərə qadağan edilmişdir:
1. Soba (duxovka) “Bosch”;
2. Televizor (“Sony” plazma);
3. Televizor (“Sony” 4K);
4. Soyuducu;
5. Ütü stolu;
6. Mikrodalğalı soba;
7. Mətbəx avadanlıqları (ət çəkən, şirə çəkən, çörək bişirən, mətbəx kombaynı, blender, samovar, qril, elektrik plitə, kofeüyüdən, mikser)
8. 1 ədəd çay serviz dəsti;
9. 2 ədəd yemək serviz dəstləri;
10. 4 dəst altı ədədlik xrustal bakal dəsti;
11. 12 ədəd çay stəkan dəsti;
12. 6 ədəd gümüşü rumka;
13. 12 ədəd bagema bakal;
14. mətbəx bişirmə əşyaları və qab-qacaqları;
15. yorğan-döşəklər, balışlar, ədyallar, pakrıvallar;
16. Xalça;
17. geyim əşyaları, çantalar;
18. Hüquq əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər);
19. Tikiş maşını “Brother”;
20. Uşaq üçün oyun sükanı dəsti (Logitech),
21. 1 ədəd Planşet;
22. 2 ədəd velosiped;
23. Əl alətləri (təmir insrumentləri)
24. 2 ədəd kreslo;
25. kitablar və məktəb ləvazimatları;
26. uşaqların geyim əşyaları, çantaları və ayaqqabıları. Siyahısı yuxarıda göstərilən əşyaların üzərinə həbs qoyulmuş və onlardan istifadə etmələri cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Borclu üzərinə həbs qoyulmuş əşyaların gizlədilməsinə, korlanmasına, sındırılmasına və s. hallara görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət yaranacağı barədə xəbərdarlıq edilmiş, bununla da üzərinə həbs qoyulmuş əşyalar saxlanc üçün Borclu təhvil verilmişdir. 2(006)-506/2021 saylı mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmurları X12, X16, icra sənədi üzrə tələbkar Khalida Alizadenin etibarnamə əsasında nümayəndəsi X8, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X4 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2020ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 4142/2020 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanına gəlmiş, mənzilin qapısı onlar tərəfindən döyüldükdən sonra Borclu açmışdır. Ona icra sənədinin icrası ilə əlaqədar olaraq gəldikləri bildirilmiş, icra sənədində siyahısı göstərilən əşyaların üzərinə həbs qoyulması üçün mənzilə daxil olmalarına şərait yaradılması tələb edilmişdir. Lakin Borclu məhkəmə qərarı ilə razı olmadığını, qapını açmayacağını və icra sənədini icra etməyəcəyini qəti şəkildə bildirmişdir. Onlar tərəfindən Borclu icra sənədinin icrasını könüllü təmin etməyəcəyi halında, məcburi qaydada icra ediləcəyi barədə xəbərdarlıq edilsə də, Borclu mənzildən çıxaraq giriş qapısını bağlayaraq qaçıb oradan uzaqlaşmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra vərəqəsindən görünür ki, ilkin iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə olunan aşağıdakı əşyalar: 1. mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı); 2. Televizor altlığı; 3. Soba (duxovka) “Bosch”, 4. Mətbəx mebeli; 5. Şkaf-kupe; 6. Yataq otağı dəsti (“Madeyra”); 7. Künc mebeli (“Madeyra”); 8. Tozsoran; 9. Televizor (“LG”); 10. Televizor (“Sony Plazma”); 11. Televizor (“Sony” 4K); 12. Soyuducu; 13. Çılçıraq (qonaq otağı); 14 Pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx)”; 15. Qabyuyan; 16. Paltaryuyan; 17. Qaz plitəsi; 18. Vıtyajka; 19. Mikrodalğalı soba; 20. Mətbəx avadanlıqları (blender, toster, qril, elektrik plitə) – Khalida Alizade ilə Borclu arasında bərabər, yəni ½ paylarla bölünməsi; Khalida Alizadeyə və himayəsində olan övladlarına məxsus aşağıdakı əmlaklar: b) şəxsi əşyalar: 1. Geyim əşyaları, çantalar, ayaqqabılar; 2. Hüquqi əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər); c) Hədiyyələr: 1. Tikiş maşını (“Brother”); 2. “Ütü stolu”; Mətbəx əşyaları (ət çəkən, şirə çəkən, mətbəx kombaynı, elektron mətbəx tərəzisi, kofeüyüdən, mikser, çörək bişirən, samovar)” 4. Bütün qab-qacaqlar (yemək serviz dəstləri, çay serviz dəstləri, xrustal dəstləri, mətbəx bişirmə əşyaları və qab-qacaqları); 5. Yorğan-döşəklər, balışlar, ədyallar, pokrıvallar; 6. Xalça; d) uşaqlara aid əşyalar: 1. Uşaq mebeli ( 2 çarpayı, 2 şkaf, 1 dolab, 2 iş masası); 2. Lustr, 2 bra, 2 masaüstü lüstr; 3. xalça; 4. yorğan, döşək pərdə-pokrıval (dəst); 5. Komputer (uşaqlara olunan hədiyyə) (PC);
6. oyun sükan dəsti (Logitech); 7. Planşet – 2 ədəd; 8. Velosiped - 2 ədəd; 9. Əl alətləri (təmir instrumentləri); 10. Kreslo – 2 ədəd; 11. Kitablar və məktəb ləvazimatları; 12. İdman əşyaları; 13. Geyim əşyaları, çantalar, ayaqqabılar; 14. Hüquq əhəmiyyətli sənədlər (diplomlar, sertifikatlar və sair) – Borclu alınaraq Khalida Alizadeyə qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Borclu tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İcra işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmurları P.Babayev və C.Əliyev tərəfindən tələbkarın iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədinin icrasının təmini məqsədilə görülmüş tədbirlər zamanı müəyyən edilmişdir ki, Borclu ünvan 3 ünvanda anası X9 yaşayır. İcra işinin materiallarında olan tələbkar Khalida Alizade tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Borclu Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21 ünvanında "xxxx" MTK-ya məxsus yaşayış binasında (Xan Şuşinski küçəsi 21/955, blok 3, mənzil 166) yaşadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədinin icra edilməsi üçün borclunun yaşadığı yer üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. İcra işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədinin icra olunması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Nərimanov rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Borclu sağ əlin İV barmağının proksimal falanqasının qəlpəli oynaqdaxili yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. İcra işinin materiallarında olan Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən 1 nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanına gəlmiş, lakin ünvanda olarkən borclunun həmin ünvanda yaşamadığı məlum olmuşdur. İcra işinin materiallarında olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Borclu sağ əlin İV barmağının əsas falanqasının çəpinə yerdəyişmiş sınığı, repozisiyadan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İcra işinin materiallarında olan Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən tələbkarın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli məktubla təyin olunan vaxtda, yəni xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 2-nın qapısını döydükdən sonra borcluya icra sənədinin icrasının təmin edilməsi və qapının açılması barədə xəbərdarlıq edilmiş, lakin o, qapını açmayaraq nalayiq ifadələrlə icra məmurlarını və tələbkarı içəri buraxmayacağını bildirmişdir. Bu səbəbdən icra sənədinin icrası baş tutmamışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları X12, X16, icra sənədi üzrə tələbkar Khalida Alizade, icra sənədi üzrə Borclu, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə rəisi X31, Fövqəladə Hallar Nazirliyi DYMX-nin Nəsimi rayon X11 Hissəsinin əməkdaşı X13, Bakı şəhəri Təcili və X5 Stansiyasının həkimi X14, çilingər X6, hal şahidləri X15 və X1 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, onlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 506/2021 saylı icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 11:00-da icra sənədində siyahısı göstərilən əşyaların yerləşdiyi və Borclu yaşadığı ünvan 2 ünvanına gəlmiş, binanın həyətinə daxil olmalarını yaşadığı mənzilin pəncərəsindən görən Borclu binanın giriş qapısından çıxaraq uzaqlaşmağa və əvvəllər də dəfələrlə olduğu kimi icra sənədinin icrasına mane olmağa çalışmışdır. İcra məmuru tərəfindən Borclu icra sənədinin icrasına maneə yaradacağı halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyinə dair xəbərdarlıq edilsə də, Borclu icra məmurlarına və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək, onları itələməyə və icra yerindən qaçmağa çalışmışdır. Bir neçə dəfə cəhd etsə də, qaçmağa nail ola bilməyəcəyini görən Borclu yaşadığı mənzilin yerləşdiyi 10-cu mərtəbəyə qalxmaq istədikdə, onlar da Borclu ilə birlikdə liftə minib həmin mərtəbəyə qalxmışlar. Mənzilin qapısının qarşısında Borclu fiziki təzyiqi ilə müşayiət olunan hərəkətləri səbəbindən qapının könüllü açılacağının mümkün olmadığını gördükdə icra yerinə çilingər dəvət olunmuş, çilingər gəldikdən sonra da Borclu qapını açması üçün dəfələrlə təklif edilmiş, lakin o, həmin mənzilin atasına məxsus olduğunu və qapını yalnız atasının aça biləcəyini bildirmişdir. Odur ki, qapı çilingər tərəfindən açılmış və onlar mənzilə daxil olmuşlar. Borclu icra sənədinin tələbi bir daha izah edilmiş, Borclu isə əşyaları qaytarmayacağını bildirmişdir. Borclu mütəmadi təhqirləri və fiziki müqavimətinə baxmayaraq, əvvəlcə icra sənədində göstərilmiş əşyaların mövcudluğu yoxlanmış,daha sonra tələbkara qaytarılmalı əşyalar aşağıdakı siyahı üzrə ona təhvil verilmişdir.
1. Geyim əşyaları;
2. Çantalar;
3. Hüquq əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər);
4. Tikiş maşını “Brother”;
5. Ütü stolu;
6. Ət çəkən;
7. Şirəçəkən;
8. Mətbəx-kombaynı;
9. kofeüyüdən;
10. Mikser;
11. Çörək bişirən;
12. Samovar;
13. Bütün qab-qacaqlar – yemək servis dəstləri;
14. Çay servis dəstləri;
15. Xrustal dəstləri;
16. Mətbəx bişirmə əşyaları;
17. Qab-qacaqlar;
18. yorğan-döşəklər;
19. Balışlar;
20. Ədyallar;
21. Pakrıvallar;
22. Xalça;
23. Uşaq mebeli - 2 çarpayı;
24. İki şkaf;
25. 1 dolab;
26. 2 iş masası;
27. 2 lüstr;
28. 2 bra;
29. 2 ədəd masaüstü lüstr;
30. 3 ədəd xalça;
31. Yorğan, döşək, pərdə, pakrıval dəsti;
32. Komputer PC;
33. Oyun sükan dəsti (Logitech),
34. Planşet – 2 ədəd;
35. Velosiped – 2 ədəd;
36. Əl alətləri (təmir instrumentləri);
37. Kitablar və məktəb ləvazimatları;
38. İdman əşyaları;
39. Geyim əşyaları;
40. Çantalar;
41. Ayaqaltılar;
42. Hüquqi əhəmiyyətli sənədlər. Tələbkara çatdırılmalı əşyaların siyahısında olan ayaqqabılar və elektron mətbəx tərəzisi mənzildə aşkar olunmamışdır. Həmçinin, 2 ədəd kreslo tələbkarın öz xahişi ilə saxlamağa yeri olmadığı üçün mənzildə saxlanmışdır. İcra sənədində siyahısı göstərilən və Khalida Alizade ilə Borclu arasında bərabər, yəni 1/2 paylara bölünməli aşağıdakı əşyalara aid icra hərəkətlərinin davam etdirilməsi dövründə Borclu əvvəllər dəfələrlə mənzilin qapısını açmaması və özünün icraya mane olması halları nəzərə alınaraq, həmin əşyaların bəziləri saxlanc üçün Khalida Alizadeyə təhvil verilmişdir. Tərəflər arasında 1/2 paylara bölünməli və tələbkara təhvil verilən əşyalar aşağıdakılardır:
1. Soba (duxovka) “Bosch”;
2. Televizor (“Sony” plazma);
3. Televizor (“Sony” 4K);
4. Soyuducu;
5. Çıl-çıraq;
6. Pərdələr (qonaq, otağı, yataq otağı, uşaq otağı və mətbəx)
7. Qabyuyan;
8. Paltaryuyan;
9. Mikrodalğalı soba;
10. Qril, elektrik piltəsi. Tərəflər arasında 1/2 paylara bölünməli aşağıdakı əşyalar mənzildə qalmış və Borclu saxlanca verilmişdir:
1. Mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı);
2. Televizor altlığı;
3. Şkaf kupe;
4. Yataq otağı dəsti (Madeyra);
5. Künc mebeli (Madeyra);
6. Tozsoran;
7. Mətbəx mebeli. Tələbkar Khalida Alizadeyə qaytarılan, həmçinin saxlanca verilən əşyalar onun tərəfindən mənzildən çıxarılıb yaşadığı mənzilə aparılmışdır. Bütün icra prosesi zamanı Borclu icra məmurlarına əl-qol hərəkətləri ilə fiziki güc tətbiq etsə də, onun psixoloji vəziyyəti və təqdim etdiyi əvvəlki diaqnozları nəzərə alınaraq tədbir görülməsi üçün polis orqanına müraciət edilməmişdir. Borclu aktı imzalamaqdan imtina etməsi aktın tərtib edilməsində iştirak etmiş hər kəsin imzası ilə təsdiq edilmişdir. Məhkəmə ərizənin “Nərimanov rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin akt məhkəmə tərəfindən müvafiq qaydada araşdırılmış və ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, icra sənədi üzrə borclunun ərizəsində aktın ləğv edilməli olmasına dair gətirdiyi dəlillər formal mülahizələrə əsaslanmış, həmin dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizənin “aktlaşdırma, əşyaların qiymətləndirilməsinin borclunun iştirakı ilə aparılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, əşyaların götürülməsinin aktlaşdırılması borclunun özünün də qeyd etdiyi kimi, onun iştirakı ilə aparılmışdır və o, akta imza etməkdən imtina etmişdir. Həmin aktın ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, aktlaşdırmanın borclunun iştirakı ilə aparılması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, yenidən aktlaşdırma həyata keçirilməyəcəyindən tələbin bu hissəsi təmin edilə bilməz. Əşyaların qiymətləndirilməsinin borclunun iştirakı ilə aparılmasına münasibətdə isə qeyd edilməlidir ki, icra işinin materiallarında olan məktublardan görünür ki, müvafiq icra şöbəsi tərəfindən dəfələrlə borcluya və tələbkara qiymətləndirməyə şərait yaradılmasına dair müraciətlər ünvanlanmışdır. Həmin məktublarda borclunun iştirakının məhdudlaşdırılacağına dair hər hansı qeydlər yoxdur. Göründüyü kimi, borclunun qiymətləndirmədə iştirakını heç kəs məhdudlaşdırmır. Belə olan halda bu hüququn məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Ərizənin “aparılmış divar turniki, əşyaların siyahıya alınması ilə bağlı yazılmış protokolun borcluya qaytarılması” hissəsinə münasibətdə qeyd edilir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə idman əşyalarının Borclu alınaraq Khalida Alizadeyə qaytarılması qət edilmiş, həmin qətnamə əsasında icra vərəqəsi verilmiş və sənədin icrası istiqamətində müvafiq tədbirlər görülmüşdür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və icra tədbirləri çərçivəsində götürülmüş əşyanın geri qaytarılmalı olmasına dair əsaslı sübut borclu tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, ərizə bu hissədə də təmin edilməməlidir. Əşyaların siyahıya alınması ilə bağlı yazılmış protokolun götürülməsinə dair isə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədi üzrə Borclu tərəfindən verilmiş “aktın ləğv edilməsi və s.” barədə ərizəsi əsassız olduğundan və ərizədə qeyd edilən dəlillər müvafiq qaydada sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-506/2021 saylı icra sənədi üzrə Borclu tərəfindən verilmiş “aktın ləğv edilməsi və s.” barədə ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova