Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-234/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nəzrin İbişovanın «daşınmaz əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nəzrin İbişova «daşınmaz əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1645/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 5271,63 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Borclu 145 manat məbləğində keçirilmiş ekpsertiza xərci dövlət nəfinə tutulmalıdır. İcra sənədi 25 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,57 ha əkin sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məhkəmə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu adına Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.57 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 173-174 maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın «daşınmaz əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatı təmin edilsin. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1645/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.57 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra on gün müddətində ondan Nəsimi rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №8(006)-234/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-234/2022
13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver