Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-235/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Rövşən Əhmədovun icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu X1 məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu MMC-nin balansında olan D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25,40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1177/24 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu MMC-dən Tələbkar xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3.573.042 (üç milyon, beş yüz yetmiş üç min, qırx iki) manat, ünvan 1 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manat, vurulmuş mənəvi zərər görə 15000 manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzinin cəmi isə 3.630.572 (üç milyon, altı yüz otuz min, beş yüz yetmiş iki) manat pul tutulmalıdır. Ekspertiza tədqiqatına görə 100 manat Borclu MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3.-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Bu səbəbdən tərəflərindən Borclu MMC-nin bank hesablarına inkasso sərəncamı qoyulmuş və müəyyən olunmuşdur ki, hesablarda vəsait yoxdur. xx.xx.2024-cü il tarixdə Borclu MMC şöbəyə ərizə ilə müraciət edərək Borclu MMC-nin balansında olan əmlakların sıyahısını təqdim etmişdir. Belə olan halda tələbin sözü gedən əmlaklara yönəldilməsi üçün Borclu MMC-nin balansında olan əmlakların üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-235/2024 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-235/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)- 235/2024 saylı qərardadı ləğv edilməklə, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1177/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1177/24 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu MMC-dən Tələbkar xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3.573.042 manat, ünvan 1 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manat, vurulmuş mənəvi zərərə görə 15000 manat, ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cəmi isə 3.630.572 manat pul tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməklə, icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardadda həmçinin göstərilmişdir ki, Tələbkar ərizəsi əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(103)-1177/2024 nömrəli mülki işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Həmin qərardad əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, könüllü icra üçün nəzərdə tutulan müddət ərzində icra sənədinin icrası təmin edilmədiyindən, borclu məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə də xəbərdar edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata o əsasla xitam verilmişdir ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Halbuki, icranın təmin edilməsi ilə bağlı hər hansı bir sənəd, o cümlədən tələbkarın şikayətində istinad etdiyi DƏDKR PHŞ-nin məktubu icra işinin materiallarında yoxdur. İcra işinin materiallarından yalnız icra məmurunun hərəkətsizliyi və icraata xitam verilməsi haqqında əsası müəyyən edilə bilməyən qərarın qəbul edilməsi müəyyən edilir. Nəzərə alınsa ki, həmin mülki iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamə ilə Borclu MMC-dən Tələbkar xeyrinə cəmi 3.630.572 manat pul tutulması qət edilmişdir, belə olan halda mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia təmin (qismən) edildikdə müvəqqəti təminat tədbiri barədə qərardad məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalı olduğundan, icra məmuru icra sənədinin icrasını təmin etməli və yalnız bundan əsaslandırılmış qərarla icraata xitam verməli idi. Göründüyü kimi, hazırda borcun təminatı olaraq borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin özgəninkiləşdirilməsi qadağan olunması barədə icra sənədi icra şöbəsinin icraatındadır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Beləliklə məhkəmə hesab edir ki, borclunun əmlakı üzərində müvəqqəti təminat tədbiri olaraq əmlakı üzərinə həbs qoyulduğundan, müvəqqəti təminat tədbiri qanunvericiliklə öz qüvvəsini məhkəmə aktının icrasına qədər saxladığından, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin Borclu MMC-nin balansında olan D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25,40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1177/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin Borclu MMC-nin balansında olan D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25,40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-235/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-235/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver