Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-24/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022-023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsi” barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022-023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev təqdimatla məhkəməyə müraciət etmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Borclu məcburi gətirilməsinə dair təqdimat ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Zərurət aradan qalxdığından borclunun məcburi gətirilməsi ilə əlaqədar təqdimatın geri qaytarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, təqdimat baxılmamış saxlanılmalı, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022-023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsi” barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin təqdimatı baxılmamış saxlanılsın, təqdimat və ona əlavə edilmiş sənədlər icra məmuruna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-24/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-24/2023
31.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver