Məhkəmə qərarları › İş №8(006)-24/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-24/2024

21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-24/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxanoğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-20/2013 saylı, 15 yanvar 2013-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X2nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 «qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsində cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32.000 manat, X5 isə 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi hissəsinin icra üsulunun dəyişdirilərək, Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsi üzrə təmin edilmiş tələb üzrə cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilindən çıxarılmaları ilə X5 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi, cavabdeh X1 32.000 manat pulun tutularaq ayrılıqda cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ödənilməsi üsulunda icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Göyçay şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 84 saylı 5 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbəsində, 65.8 kv.m sahəsi olan 3 otaqlı 2 saylı mənzil xx.xx.2008-ci il tarixdən X6 adına qeydə alınaraq xüsusi mülkiyyət hüququ tanınmış və buna dair seriya MH № J004933 nömrəli Çıxarış verilmişdir. Hal-hazırda da xüsusi mülkiyyətindədir. Həmin mənzili bacısı Tələbkar4 onun xəbəri olmadan cavabdehlərə satmışdır. Lakin bunu biləndən sonra o, məhkəmədə iddia qaldırdı və Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2(107)-20/2013 saylı Qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən 65.8 kv.m ümumi, 42.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzillinə dair X7 ilə X8 arasında bağlanmış və Ucar rayin DNK tərəfindən 14 dekabr 2009-cu il tarixdə 4-Ə-352 saylı reyestrlə təsdiq edilmiş bağışlanma müqaviləsi, həmin bağışlanma müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş xx.xx.2010-cu il tarixli, ******* saylı çıxarış etibarsız hesab edilmiş, ünvan 1 invanda yerləşən 65.8 kv.m ümumi, 42.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilli ilə bağlı X8 ilə Tələbkar2 arasında bağlanmış və Ucar rayon DNK ərəfindən 26 fevral 2010-cu il tarixdə 4-Ə-59 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi, həmin alqısatqı müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən Tələbkar2 adına verilmiş (3.03.2010-cu il tarixli ******* saylı çıxarış etibarsız hesab edilmiş, Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 ünvanda yerləşən 2 saylı mənzillindən çıxarılmalı, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq X5 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi, eyni zamanda da Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 invanda yerləşən 2 saylı mənzillindən çıxarılmaları ilə X1 32.000 manat, X5 isə 14.000 manat pul alınaraq Tələbkar2 qızma, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli 2(107)- 20/2013 saylı Qətnaməsi icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə verilmişdir. Qətnamə icra şöbəsinə daxil olandan o, özünə aid olan hissədə 14.000 manat pulun ödəmək istədiyini və cavabdehlərin mənzilini boşaldaraq çıxmalarını tələb etsə də, cavabdehlər bəhanə edərək digər borclununda ödənişi olunmazsa, çıxmayacaqlarını bildirərək icra etmirlər. İcra məmuru isə onlarla razılaşaraq icra vərəqəsini icra etmir. Hesab edir ki, məhkəmə qətnaməsində cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32.000 manat, X5 isə 14.000 manat pul alınaraq Tələbkar2 qızma, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilsə də, X1 32.000 manat alınıb-alınmamasının ona aidiyyəti olmamalı və onun cavabdehlərə olan 14.000 manat borcunu ödəməyilə cavabdehlər xüsusi mülkiyyətində olan mənzilindən çıxarılmalıdırlar. Cavabdehlərin X1 32.000 manat pulun ala bilmədiyindən onun mənzilindən çıxmamaları onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır ki, bu qanunsuzdır və cavabdehlər mənzildən çıxarılmalıdırlar. İcra məmuru da icra vərəqəsində bununla bağlı izah olmadığından icra etmir. Hazırda cavabdehlərin mənzildən çıxmaması isə həm ona ciddi şəkildə maddi ziyan vurur, həm də ki, kobud şəkildə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsində cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32.000 manat, X5 isə 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilsə də, X1 32.000 manat alınıb-alınmamasının ona aidiyyəti olmamalı və onun cavabdehlərə olan 14.000 manat borcunu ödəməyilə icra sənədi həmin hissədə icra edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsində cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32.000 manat, X5 isə 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi 10 ildən artıqdır ki, mümkün olmamışdır və həmin üsuldə icrası mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-346/2023 saylı qərardadı ilə X2nun “Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizəsi təmin edilməmişdir. Sözügedən qərardaddan borclu tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-346/2023 saylı qərardadı ilə X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)- 440/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək icraat ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Nümayəndə2 ərizəni müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin etibarından sui-istifadə edərək bacısı etibarnamə əsasında onun mülkiyyətində olan mənzili başqa şəxsə satmışdır. Bundan hüquqlarını müdafiə etdiyi şəxsin məlumatı olmamışdır. Bu məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmış və bağışlama və alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, mənzilin hüquqlarını müdaffiə etdiyi şəxsə qaytarılması, mənzilə çəkilmiş təmir xərclərinin hüquqlarını müdafiə etdiyi şəxsdən tutulması və alğı-satqıdan əldə olunmuş vəsaitin geri qaytarılması qət edilmişdir. Bu qeyd etdiyi hərəkətlərin eyni vaxtda icra olunması nəzərdə tutulmuşdur. Bu hal isə hüquqlarını müdafiə etdiyi şəxsin öz mülkiyyətindən istifadə etməsinə maneə yaradır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs təmir üçün çəkilən xərcləri ödəməyə hazır olsa da, cavabdeh alğı-satqı üçün verilmiş pulu geri qaytarmadığından qətnmənin icrası mümkün deyildir. Onlar bununla bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etdilər, oradan bildirildi ki, qətnamədə yanlışlığa yol verilsə də, qətnaməni dəyişdirmək, ona düzəliş etmək mümkün deyildir. Sadəcə icra üsulunu dəyişdirmək mümkündür. Ona görə də onlar bununla bağlı məhkəməyə müraciət etdilər. Odur ki, qeyd edilən halları nəzərə alaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə ərizəyə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, borclular X8 və X4 Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra etmədiklərindən barələrində qanunamüvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağı haqqında xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlıakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, **********47-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Göyçay şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0.078 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 65.8 kv.m ümumi, 42.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(107)- 20/2013 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli qətnaməsinə əsasən, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər, qarşılılıqlı iddia üzrə iddiaçılar Tələbkar2, Tələbkar1 və Tələbkar3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin 04 may 2012-ci il tarixli qətnaməsinin qismən, yəni Tələbkar2, Tələbkar1 və Tələbkar3 Tələbkar4 öz xeyirlərinə 40.000 (qırx min) manat məbləğində mənzilin alqı-satqısı zamanı ödədikləri pulun, mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş X5 isə təmir üçün xərclədikləri 20.000 (iyirmi min) manat məbləğində pulun onların xeyrinə tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsi barədə qətnamə çıxarılması tələbinə dair qarşılıqlı iddianın mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş X5 təmir üçün xərclədikləri 20.000 (iyirmi min) manat məbləğində pulun onların xeyrinə tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsinə dair hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq X5 14.000 (on dörd min) manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi, Tələbkar2, Tələbkar1 və Tələbkar3 Göyçay şəhəri, H.Əliyev prospekti, 84 saylı evin, 2 saylı mənzilindən çıxarılmaları ilə Tələbkar4 32.000 (otuz iki min) manat, X5 isə 14.000 (on dörd min) manat pulun alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsinin eyni vaxtda icra olunması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2(107)- 20/2013 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə 30 may 2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Göyçay rayon İcra bölməsinin icra məmuru X11 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2(107)-20/2013 saylı icra sənədinin icraatına başlanılmışdır. Göyçay rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(046)-294/2014 nömrəli, 23 iyun 2014-cü il tarixli qərarından görünür ki, Tələbkar4 Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədini icra etməməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat inzibati cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlığın ikinci səhifəsində yazılmış qeyddən görünür ki, X10 xx.xx.2020-ci ildə icra sənədinin icra olunması, əks halda barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə xəbərdarlığı almışdır. xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, X10 icra sənədi üzrə borcu ödəməyə hazır olduğunu, lakin digər şəxslərin də ödəməsini gözlədiyini, həmin günədən ödəniş etmədiyini, digərləri icra etdiyi vaxt dərhal ödəməyə hazır olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X6 Nəsimi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(046)-920/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 qarşı 14.000 manat pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində axtarış elan edilmişdir. 2(046)-1070/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı X6 cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 qarşı mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X2 Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-346/2023 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)-440/2023 saylı qərardadı ilə isə sonuncu qərardad ləğv edilərək icraat ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə ilə bağlı ilk olaraq Göyçay Rayon Məhkəməsi tərəfindən 04 may 2012-ci il tarixdə qətnamə qəbul edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin 04 may 2012-ci il tarixli qətnaməsi qismən ləğv edilmişdir. Hansı ki hazırda borclu sonuncu qətnamə üzrə icra üsulunun dəyişdirilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən verilən qətnamənin icra üsulunun dəyişdirilməsinə dair məsələyə baxılması üçün hazırki iş aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231 və 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-20/2013 saylı, 15 yanvar 2013-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X2nun ərizəsinə dair iş aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar