Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-240/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar nümayəndəsi X1 iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu “Samsung Galaxy A32” markalı telefonun ödənilməyən məbləği qismində 570 manat, dövlət rüsumlarının əvəzi qismində 75 manat olmaqla, cəmi 645 manat alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilərək onun ünvanına göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar nümayəndəsi X2 izahatında bildirdi ki, icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla yanaşı, borclu icra sənədini icra etməyəcəyini bildirir. Belə olan halda, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu “Samsung Galaxy A32” markalı telefonun ödənilməyən məbləği qismində 570 manat, dövlət rüsumlarının əvəzi qismində 75 manat olmaqla, cəmi 645 manat alınaraq Tələbkar ödənilməlidir. Məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə elektron qaydada imzalanmaqla icra sənədi verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bildirişin üzərində əlyazma ilə “Borclu, imza, xx.xx.2023” qeydi edilmişdir; İcra işinin materiallarında olan: xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Borclu icra sənədindən xəbərdar olsa da, işdən çıxdığına görə heç bir ödəniş etməmiş, kredit rəsmiləşəndən 1 ay sonra hər ay 40 manat olmaqla 3 ay ödəniş etdiyini, aylıq hissə-hissə ödəniş edə biləcəyini, adına heç bir əmlak, qiymətli kağız və ya əmanət olmadığını bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində həmin maddə ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunu icra sənədində göstərilən ünvanda aşkar etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından, onun barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclunun Bakı şəhər Probasiya İdarəsinə gətirilməsi təmin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu icra sənədini icra etməli olduğu barədə bildirişi almasına baxmayaraq, icra sənədinin icrasından yayınır, icra məmurunun çağırışlarına və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də məhkəmə hesab edir ki, icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilməli, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-240/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-240/2024
20.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver