Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-243/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-529/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-529/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclunın mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 529/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli, MAS-2464 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 1.163,97 manat gecikdirilmiş əsas, 624,39 manat gecikdirilmiş mükafat və 50 manat debbə pulu, lizinq obyekti olan «Khazar SD» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 208,5 manat, inzibati xəta haqqında protokola görə ödənilmiş 280 manat, ümumilikdə 2.326,86 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 38,64 manatı borclu X1 tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasının təmini məqsədi ilə borclu X2 xəbərdarlıq məktubu göndərilmiş, lakin icra sənədi üzrə tələb təmin edilməmiş və xəbərdarlığa heç bir münasibət bildirməmişdir. İcraat zamanı borclu X2 məxsus "Opel Astra" minik markalı **- HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən icra sənədi üzrə Borclu məxsus olan «Opel Astra» minik markalı, **- HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş edilmişdir. İcra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-529/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 2.326,86 manat borc və ödənilmiş dövlət rüsumunun 38,64 manatı tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-529/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya göndərilmişdir. "Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu məxsus olan «Opel Astra» minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-529/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan «Opel Astra» minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Odur ki, məhkəmə qeyd edir ki, aşağıda göstərilən qanunvericilik normaları təqdimatın təmin edilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Qanunun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Qanunun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Bu Qanunun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən icra sənədində nəzərdə tutulan məbləğə münasibətdə, Borclu məxsus olan «Opel Astra» minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması mütənasiblik prinsipinə uyğundur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus «Opel Astra» minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-ci, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus «Opel Astra» minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №8(006)-243/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-243/2023
20.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver