Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-244/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair Tələbkar ASC-nin şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2702/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 273.07 ABŞ dolları məbləğində əsas borc olmaqla, cəmi 273.07 ABŞ dolları məbləğində borc (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 30 manat məbləğində dövlət rüsumu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin qaytarılması qərara alınmışdır. Tələbkar ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2702/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini icra olunması üçün yenidən Nəsimi Rayon İcra şöbəsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2702/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X2 cəmi 273.07 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin "Bank Respublika” ASC-nin xeyrinə tutulmalıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2702/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Murad Xudaverdiyevin xx.xx.2024-cii il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Məlumat üçün onuda qeyd etmişdir ki, icra məmuru Murad Xudaverdiyev “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq Tələbkar ASC-yə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2024-cü il tarixli qərarının surəti 30 aprel 2025-ci il tarixdə Tələbkar ASC-nə təqdim edilmişdir. Hesab etmişdir ki, icra məmuru Murad Xudaverdiyevin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Nəsimi Rayon Məhkəməsinin 2(006)-2702/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün yenidən Suraxanı Rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2024-cü il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir. Lakin, icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru Murad Xudaverdiyev bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da, etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Şikayətə baxılması üçün hazırki məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və ərizəyə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlərdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi, icra sənədi icra edilmədən tələbkara geri qaytarılmışdır. İcra məmuru öz qərarını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi ilə əsaslandırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Lakin, icra məmuru icra sənədinin icra olunması üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilməsi, inzibati məsuliyyətə cəlb edilməsi və s. kimi tədbirləri həyata keçirmədən, icra sənədini tələbkara geri qaytarmışdır. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədində göstərilən borc ödənilmədiyindən, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməməklə və lazımi icra tədbirləri görülmədiyindən icra sənədinin tələbkara qaytarılması qanunsuzdur. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Nəsimi rayon icra şöbəsinə qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2702/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasının davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon icra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin “icra sənədinin qaytarılması barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2702/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədi icra icraatının davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-244/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-244/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver