Məhkəmə qərarları › İş №8(006)-245/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-245/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-245/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3369/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3369/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsim Rayon Məhkəməsinin e- 2(006)-675/2024 saylı iş üzrə 05 mart 2024-cü il tarixli qətnaməsi “cavabdehin adına "Xalq Bank“ ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış AZ06HAJCFPRA/N**********5008 nömrəli şəxsi hesaba xx.xx.2013-xx.xx.2020-ci il tarixləri üzrə daxil olan ümumilikdə 22 258.93 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 11 129.47 manata, "xxxx" ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış A724HAJCFPRAZN**********5008 nömrəli şəxsi hesaba 01.01.201 3-xx.xx.2020-ci il tarixləri üzrə daxil olan ümumilikdə 33 309.30 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 16 654.65 manata, "xxxx" ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış AZ24HAJCFPRAZN**********5008 nömrəli cari hesaba xx.xx.2020- xx.xx.2023-cü il tarixləri üzrə daxil olan ümumilikdə 58 556.62 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 29 278,3 1 manata. "Xalq Bank” ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış AX24HAJCFPRAXN ******* 8735008 nömrəli karı hesabına xx.xx.2023-xx.xx.2023- cti il tarixləri üzrə daxil olan ümumilikdə 2141.99 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 1070,10 (bir min yetmiş manat, on qəpik) manata, "Xalq Bank” ASCnin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış A7.42İ1AJCFCRAZN**********5009 nömrəli şəxsi hesaba xx.xx.2013-xx.xx.2020- ci il tarixləri üzrə daxil olan ümumilikdə 28 917,39 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 14 458,70 manata. "Xalq Bank” ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış AZ42HAJCFCRA/.N **********5009 nömrəli cari hesaba xx.xx.2020- xx.xx.2023-cii il tarixləri üzrə daxil olan ümumilikdə 60 428.96 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 30 214.48 manata, "xxxx" ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış AZ78hAjCSCRAZN **********0001 nömrəli şəxsi hesaba xx.xx.2010xx.xx.2020-ci il tarixləri üzrə daxil olan ümumilikdə 82 831.42 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 41 415.71 manata. "Xalq Bank“ ASC-nin Baş filialında Azərbaycan manatı pul vahidində açılmış AZ78HAJCSCRAZN**********0001 nömrəli cari hesaba xx.xx.2020-xx.xx.2023-cü il tarixləri üzrə daxil olan ümumilikdə 45 043.45 manat məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 22 521.71 manata, "Xalq Bank“ ASC-nin Baş filialında ABŞ dolları pul vahidində açılmış AZİ 1HAJCFPRUSDİ**********008 nömrəli şəxsi hesaba xx.xx.2013- xx.xx.2020-ci il tarixləri üzrə daxil olan ümumilikdə 31 936,66 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 15 968.33 ABŞ dollarına. "XalqBank“ ASC-nin Baş filialında ABŞ dolları pul vahidində açılmış AZİ 1HAJCFPRUSD**********5008 nömrəli cari hesaba xx.xx.2020-xx.xx.2023-cü il tarixləri üzrə daxil olan ümumilikdə 2161,16 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 1080,58 ABŞ dollarına. "Xalq Bank” ASC-nin Baş filialında ABŞ dolları pul vahidində açılmış AZ29İİAJCFCRUSD**********5009 nömrəli şəxsi hesaba xx.xx.2010-xx.xx.2020-ci il tarixləri üzrə daxil olan ümumilikdə 70 552.54 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 35 276.27 ABŞ dollarına. "xxxx" ASC-nin Baş filialında ABŞ dolları pul vahidində açılmış AZ29HAJCİ;CRUSD**********5009 nömrəli cari hesaba 07.09.2U20xx.xx.2023-cü il tarixləri üzrə daxil olan ümumilikdə 22 262,47 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 11 131,24 ABŞ dollarına. "xxxx" ASC-nin Baş filialında Avro pul vahidində açılmış AZ15HAJCFPREUR**********5009 nömrəli şəxsi hesaba İ 8.09.201 3-xx.xx.2020-ci il tarixləri üzrə daxil olan ümumilikdə 1435 Avro məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 717.50 Avroya, "xxxx" ASC-nin Baş filialında Avro pul vahidində açılmış AZİ5HAJCFPREUR**********5009 nömrəli cari hesaba xx.xx.2020xx.xx.2023-cü il tarixləri üzrə daxil olan ümumilikdə 876.41 Avro məbləğində pul vəsaitinin 1/2 hissə paylara bölünərək, ikidə bir hissəsini təşkil edən 438.21 X2 mülkiyyət hüququnun tanınması, qeyd olunan pul vəsaitlərinin cavabdehdən alınıb iddiaçıya verilməsi" tələbinin təmin olunmaması hissəsində ləğv edilnişdir. İddia tələbi qismən təmin edilərək Bəxt yaroğlu Elgün Bəxtiyar oğlundan 12 265,87 manat. 192.75 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 1 (bir) Avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınıb X6 verilməsi qət edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, tələbkar məhkəməyə etiraz təqdim etmişdir. Məhkəmə tələbkarın etirazını nəzərə alıb, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3369/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar