Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-249/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Borclunun nümayəndəsi X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədin əsasən tələbkar X2 məxsus icra vərəqəsində qeyd olunan əşyalar Borclu alınaraq iddiaçı X2 qaytarılmalıdır. Yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyəri cavabdeh Borclu tutulub iddiaçı X2 verilməlidir. Buraxılış ili 2012-ci il olan “LEXUS GS350" markalı **-HO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 51.000 manatın 1/2 hissəsi, yəni 25.500 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat cavabdeh Borclu alınaraq iddiaçı X2 ödənilməlidir. Birgə nikah dövründə əldə edilmiş “İPHONE X 64 GB" markalı, seriya nömrəsi **********50631 olan telefona qarşılıqlı iddiaçı Borclu 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. İş üzrə ekspertiza tədqiqatının deyəri 100 manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədində qeyd edilən əşyalar qızıl-ziynət əşyaları istisna olmaqla tələbkara təhvil verilmişdir. İcra sənədində qeyd olunan qızıl-ziynət əşyaları və ya onların dəyəri (71380 manat), eyni zamanda 25500 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat, cəmi 97280 manat pul vəsaiti tələbkara verilməmişdir. İcraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmiş əmək haqqına (aliment tutulduqdan sonra qalan hissəsinə) yönəldilməsinə tələbkar razı olmamışdır. Məhkəmə iclasında borclunun nümayəndəsi X3 izahatında bildirdi ki, borclu icra sənədində göstərilən borcu yalnız hissə-hissə ödəmək iqtidarındadır. Borclunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində sektor müdiri vəzifəsində işləməklə dövlət üçün əhəmiyyət kəsb edən tədbirlərdə iştirak etmək məqsədilə ölkə xaricinə tez-tez çıxması zərurətini nəzərə alaraq, təqdimatın təmin olunmamasını xahiş etdi. Bakı şəhəri Nəsimi rayon icra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi və tələbkar gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X2 məxsus icra vərəqəsində qeyd olunan əşyalar Borclu alınaraq iddiaçı X2 qaytarılmalıdır. Yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyəri cavabdeh Borclu tutulub iddiaçı X2 verilməlidir. Buraxılış ili 2012-ci il olan “LEXUS GS350" markalı **-HO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 51.000 manatın 1/2 hissəsi, yəni 25.500 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat cavabdeh Borclu alınaraq iddiaçı X2 ödənilməlidir. Birgə nikah dövründə əldə edilmiş “İPHONE X 64 GB" markalı, seriya nömrəsi **********50631 olan telefona qarşılıqlı iddiaçı Borclu 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. İş üzrə ekspertiza tədqiqatının deyəri 100 manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Tələbkar, onun anası və vəkili, boclu Borclu, onun anası və bacısının, eləcədə hal şahidinin iştirakı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X2 məxsus icra vərəqəsində qeyd olunan cehiz və geyim əşyaları tam sağlam və yararlı şəkildə Tələbkar təhvil verilmişdir. Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemindən sorğular edilmişdir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqında xx.xx.2023-cü il tarixli bildirişinin surəti Borclu göndərilmişdir. Beləliklə, təqdimata əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində əks olunan əmlaklar qızıl-ziynət əşyaları istisna olmaqla xx.xx.2023-cü il tarixdə tələbkara təhvil verilmişdir. İcra sənədində qeyd olunan qızıl-ziynət əşyaları və ya onların dəyəri (71380 manat), eyni zamanda 25500 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat, cəmi 97280 manat pul vəsaiti tələbkara verilməmişdir. Bununlada icra sənədi tam olaraq icra olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-249/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-249/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver