Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-25/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar, vəkili-nümayəndəsi Vəkil, İcra sənədi üzrə Borclu MMC-nin vəkili-nümayəndəsi Nümayəndə2, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Borclundən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclundən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi icra üsulunun dəyişdirilərək 42,9 kv.m təmirli mənzilin dəyərini təşkil edən 137280 (bir yüz otuz yeddi min iki yüz səksən) manat məbləğində pulun Borclundən alınaraq ona verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətlərinə başlanıldıqdan sonra Borclu MMC xx.xx.2023-cü ildə İcra şöbəsinə müraciət edərək, tikdikləri binada 42,9 kv.m təmirli mənzilin olmadığını və qeyd edilən binada bütün mənzillərin satıldığını bildirmişdir. Bu səbəbdən həmin qətnaməni mənzilin verilməsi şəklində icra etmək mümkün olmadığından qətnamənin icra üsulunun dəyişdirilməsi zərurəti yaranmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, E-379 №-li qiymətləndirmə hesabatına əsasən, Borclu MMC tərəfindən inşa edilmiş binada təmirli mənzilin 1 kv.m-nin dəyəri 3.200 manat təşkil edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu MMC-nin vəkili-nümayəndəsi Nümayəndə2 ərizədə qoyulmuş tələbə 8 indeksi ilə deyil, yeni iddia ərizəsi üzrə 2 indeksi ilə mülki iş kimi baxılmalı olduğunu bildirib, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 mənzil olmadığından, tələbin pula çevrilməli olduğunu bildirib, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutları nəzərdən keçirib, mülki işin və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh Borclundən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclundən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihəyə əsasən Cəmiyyət tərəfindən ünvan 2 ünvanında inşa edilən binada icra vərəqində nəzərdə tutulmuş 42,9 kv.m mənzil layihə üzrə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən binada bütün mənzillər satılmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, E-379 nömrəli qiymətləndirmə hesabatından görünür ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində “X4”də mərtəbəsindən asılı olaraq, təmirli mənzilin 1 kv.m-nin bazar dəyəri 3.200 manat, təmirsiz mənzilin 1 kv.m-nin bazar dəyəri 2.500 manat təşkil etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən ümumi sahəsi 42,9 m2 olan ünvan 3 ünvanında yerləşən təmirli mənzillərə yaxın ərazilərdə yerləşən analoji təmirsiz mənzillərin 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2.520 manat, təmirli mənzillərin 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti isə təqribən 2.720 manat məbləğində müəyyən edilir. Tədqiq olunan ümumi sahəsi 42,9 m2 olan ünvan 3 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 166.690 manat müəyyən edilir (42,9 m2 x 2.720 manat). Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 49 nömrəli hesabatından görünür ki, ünvan 3 və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 4-5-ci mərtəbələrində yerləşən təmirli və müqavilə ilə satışda olan mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.750 manat; 2019-cu ilin aprel ayına 1 m2 – 1.550 manat təşkil edir (hər il üzrə 3,0 % inflyasiya norması hesablanmışdır). Həmin ünvanda və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 4-5-ci mərtəbələrində yerləşən təmirli və dövlət qeydiyyatına alınmış çıxarışlı mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.850-2.000 manat; 2019-cu ilin aprel ayına 1 m2 – 1.700- 1.800 manat təşkil edir (hər il üzrə 3,0 % inflyasiya norması hesablanmışdır). Həmin ünvanda və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 7-ci və daha yuxarı mərtəbələrində yerləşən təmirli, dövlət qeydiyyatına alınmış çıxarışlı və müqavilə ilə satışda olan mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 2.000-2.300 manat (dövlət qeydiyyatına alınmış çıxarışlı və dəniz mənzərəli); xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.900-2.000 manat təşkil edir (müqavilə ilə satışda olan və dəniz mənzərəsi olmayan). İcra işinin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, icra sənədi xx.xx.2023-cü il tarixdə verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya tələbin könüllü icra edilməsi təklif edilmiş, bildirişin üzərində əlyazması ilə “Bildirişin surətini qəbul etdim, imza, Qurbanov, xx.xx.2023-cü il” qeydi yazılmışdır. İcra işinin materiallarında müvafiq layihələrin təsdiq edilmiş surətləri də olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu MMC-dən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi qət edilmiş, qətnamə xx.xx.2023-cü ildə qanuni qüvvəsini alaraq xx.xx.2023-cü il tarixdə icraya yönəldilmiş, icra sənədi üzrə icraata başlanıldıqdan sonra icra sənədi üzrə Borclu MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihəyə əsasən ünvan 2 ünvanında inşa edilən binada icra vərəqində nəzərdə tutulmuş 42,9 kv.m mənzilin layihə üzrə nəzərdə tutulmadığı, qeyd edilən binada bütün mənzillər satıldığı bildirilmiş, məktuba müvafiq layihələr əlavə edilmişdir. Belə olan halda icra sənədi üzrə Tələbkar hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra üsulunun dəyişdirilərək həmin mənzilin dəyərini təşkil edən 137.280 manat məbləğində pulun tələbkardan alınaraq ona verilməsini xahiş etmişdir. Tələbkar özü "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatını ərizəsinə əlavə etməklə, “X4”də mərtəbəsindən asılı olaraq, təmirli mənzilin 1 kv.m-nin bazar dəyərinin 3.200 manat təşkil etməsini bildirmiş, tələbini həmin hesabata müvafiq hesablamışdır. İş üzrə xüsusi bilik tələb edən suallara cavab verilməsi zərurəti olduğundan ərizənin məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə ünvan 3 ünvanında yerləşən təmirli mənzillərə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin 1 m2-nin hazırda mövcud olan orta bazar qiymətinin təqribən 2.720 manat təşkil etməsi müəyyən edilmişdir. İcra sənədi üzrə borclu isə ərizəni ümumiyyətlə qəbul etməyib, bu məsələyə yeni iddia ərizəsi əsasında baxılmalı olduğunu bildirmiş, həmçinin, məhkəmə araşdırmasına təqdim edilmiş ekspert rəyini mübahisələndirərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesabatı məhkəmə araşdırmasına təqdim etməklə, mənzillərin yerləşdiyi mərtəbədən, dəniz mənzərəli olub-olmamasından, dövlət qeydiyyatına alınıb-alınmamasından, habelə illərdən asılı olaraq 1 kv.m-nin qiymətlərinin dəyişkən olduğunu bildirib, əlavə ekspertiza təyin edilməsini tələb etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir. Hazırda tələbkar qətnamənin icra üsulunun dəyişdirilməsini, borclu isə tələbkarının tələbin təmin edilməməsini xahiş edirlər. İcra məmuru qətnamənin icra olunmalı olduğunu bildirib, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktının icra olunmasının məcburiliyi mülki prosessual qanunvericiliyin imperativ göstərişidir. Bu baxımdan, borcluya 42,9 m2 ölçüdə təmirli mənzilin verilməsini müəyyənləşdirən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin məhz tələbkar tərəfindən inşa edilmiş binada həmin ölçüdə mənzil olmaması, habelə başqa ölçüdə satılmamış, boş mənzil olmaması səbəbindən 1 ilə yaxındır ki, icrasız qalması qanunvericiliyin tələblərinə ziddir. Qətnamənin bundan sonra da icrasınının qeyrimümkün olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun icra üsulu dəyişdirilməli, bu zaman isə hər iki tərəfin mənafeyi nəzərə alınmalıdır. Beləliklə, tələbkar tərəfindən verilmiş ərizəni işdə olan sübutlarla birgə tədqiq edən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə icra sənədində 42,9 m2 ölçüdə mənzilin borcludan alınıb tələbkara verilməsi göstərildiyindən, məhz həmin ölçüdə sahəyə uyğun ədalətli məbləğin borcludan alınıb tələbkara verilməsi məqsədə müvafiqdir. Ədalətli məbləğin müəyyənləşdirilməsi üçün isə borclu və tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş özəl qiymətləndirmə şirkətləri tərəfindən tərtib edilmiş hesabatlar və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş dövlət ekspertizasının rəyi müqayisəli şəkildə araşdırılmışdır. Məhkəmə araşdırmasına təqdim edilmiş hesabatlarla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, məzmun etibarı ilə cəmi 1-2 səhifədən ibarət bu arayışlarda həmin cəmiyyətlərin qiymətləndirici mütəxəssisləri tərəfindən ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına müraciət edilməmiş, bu sahədə nəşr edilən qəzet, jurnal və sair daşınmaz əmlak bazarlarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilməmiş, yalnız internet resurslarına (bu resurslar sadalanmışdır) istinad edilmişdir. Nəticə etibarı ilə arayışlar yalnız səlist şəkildə tərtib edilmiş və müqayisəli təhlilin aparılması təəssüratını yaradan cümlələrdən ibarət olmuş və əmlakın dəyərinin konkret olaraq hansı metodikadan istifadə edilməklə müəyyən edildiyini özündə əks etdirmir. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində əmlakın qiymətləndirilməsi ilə bağlı mövcud olan yanaşmalar, qiymətləndirmənin aparılması ardıcıllığı açıqlanmaqla və bu əmlakların qiymətləndirilməsi zamanı gəlir və xərc yanaşmasından imtina edilməsinin səbəbləri qeyd edilməklə, yalnız müqayisə yanaşmasının tətbiq edildiyi bildirilmiş və bu yanaşmaya uyğun olaraq ünvan 3 ünvanında yerləşən təmirli mənzillərə yaxın ərazilərdə yerləşən analoji təmirsiz mənzillərin 1 m2-nin hazırda mövcud olan orta bazar qiymətinin təqribən 2.520 manat, təmirli mənzillərin 1 m2nin hazırda mövcud olan orta bazar qiymətinin isə təqribən 2.720 manat məbləğində müəyyən edilməsi göstərilmişdir. Borclu tərəfin təqdim etdiyi hesabatda qiymət az, tələbkar tərəfin təqdim etdiyi hesabatda isə çox göstərilmişdir. Bu səbəbdən məhkəmə mübahisəli təmirli mənzilin 1 kv.m. sahəsinin dəyərinin müəyyən edilməsi məsələsində məhz ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə borclu mənzillərin yerləşdiyi mərtəbədən, dəniz mənzərəli olubolmamasından, dövlət qeydiyyatına alınıb-alınmamasından, habelə illərdən asılı olaraq 1 kv.m-nin qiymətlərinin dəyişkən olduğunu mübahisələndirməsinə münasibətdə qeyd edir ki, qətnamə ilə 42,9 kv.m. sahədən ibarət mənzilin tələbkara verilməsi nəzərdə tutulduğundan, bu məsələlər hazırkı araşdırmanın predmeti ola bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qətnamənin icrası mümkün olmayacağı mübahisəsiz olan “...cavabdeh Borclundən 42,9 kv.m. təmirli mənzilin alınaraq iddiaçı Tələbkar verilməsi...” hissəsində icra üsulu dəyişdirilərək, mənzilin əvəzinə onun orta bazar qiymətini təşkil edən 116.688 manat (2.720 manat x 42,9 m2) məbləğində pulun cavabdeh Borclundən tutularaq iddiaçı Tələbkar ödənilməsi kimi müəyyən edilməsi məqsədə müvafiqdir. Burada qeyd edilməlidir ki, göründüyü kimi, ekspert rəyində texniki səhv olaraq “ümumi sahəsi 42,9 m2 olan ünvan 3 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 166.690 manat müəyyən edilir (42,9 m2 x 2.720 manat)” kimi göstərilmiş, çünki aşkardır ki, 2.720 manatın 42,9 m2-lə hasili 116.688 manat edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 231.1-231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinin tələbinə müvafiq olaraq, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin “...cavabdeh Borclundən 42,9 kv.m. təmirli mənzilin alınaraq iddiaçı Tələbkar verilməsi...” hissəsində icra üsulu dəyişdirilərək, mənzilin əvəzinə onun orta bazar qiymətini təşkil edən 116.688 manat (2.720 manat x 42,9 m2) məbləğində pul cavabdeh Borclundən tutularaq iddiaçı Tələbkar ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 85 (səksən beş) manat hissəsi Borclu MMC-dən, qalan 15 (on beş) manat hissəsi isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin “...cavabdeh Borclundən 42,9 kv.m. təmirli mənzilin alınaraq iddiaçı Tələbkar verilməsi...” hissəsində icra üsulu dəyişdirilərək, mənzilin əvəzinə onun orta bazar qiymətini təşkil edən 116.688 manat (2.720 manat x 42,9 m2) məbləğində pul cavabdeh Borclundən tutularaq iddiaçı Tələbkar ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 85 (səksən beş) manat hissəsi Borclu MMC-dən, qalan 15 (on beş) manat hissəsi isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-25/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-25/2024
03.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver