Məhkəmə qərarları › İş №8(006)-250/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-250/2024

24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-250/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Şikayətçinin nümayəndəsi və vəkili X5 iştirakı ilə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, 2(006)-3062/2021 saylı iş üzrə Nəsimi rayon icra şöbəsinin icra məmuru X4 icra etdiyi hərəkətlərin qanuniliyi və əsaslılığının yoxlanılmaqla “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 28,50 və digər maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsi və yoxlamanın nəticələrindən asılı olaraq icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi və vəkili X8 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, şikayətçi müraciətinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, şikayət baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayəti baxılmamış saxlansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar