Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-251/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021-012 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(006)- 3187/2021-012 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021-012 nömrəli, xx.xx.2021-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “KİA RİO” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “VOLKSWAGEN PASSAT” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3.252 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X1 ödənilsin. 100 manat ekspertiza xərci cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “KİA RİO” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “VOLKSWAGEN PASSAT” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “KİA RİO” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “VOLKSWAGEN PASSAT” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimat vermiş şəxs, tələbkar və borclunun məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3.252 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X1 ödənilsin. 100 manat ekspertiza xərci cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməlidir. Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul edilən xx.xx.2022-cı il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021-012 nömrəli, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “KİA RİO” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “VOLKSWAGEN PASSAT” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 43.1.1-cu maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus olan “KİA RİO” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “VOLKSWAGEN PASSAT” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “KİA RİO” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “VOLKSWAGEN PASSAT” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №8(006)-251/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-251/2022
13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver