Məhkəmə qərarları › İş №8(006)-256/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-256/2024

24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-256/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-147/2023 saylı icra sənədinin “hissə-hissə icra olunması” barədə Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, zərərin ödənilməsi üçün maddi imkanının az olması və İİİ qrup Vətən müharibəsi əlili olması nəzərə alınaraq, qət edilmiş məbləğin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, o, ehtiyyatda olan leytenant kimi döyüşlərdə xüsusilə fərqlənmiş, “Vətən uğrunda”, “Füzulinin azad olunmas” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə cənab Prezident tərəfindən təltif olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə ondan və atasından pul vəsaitinin qarşı tərəfə ödənilməsi qət edilmişdir. Maddi imkanının aşağı olması ilə bağlı məbləği hissəhissə ödəməsi üçün ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və maddi imkanının aşağı olması, vətən müharibəsi əlili olması nəzərə alınaraq, tələbkara ilkin olaraq 10.000 manat olmaqla, yerdə qalmış qalan məbləğin 6 ay ərzində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar təklif edilən şərtlərlə razı olduğunu qeyd edərək, şərtlərin icra ediləcəyi halda ərizənin təmin edilməsinə etirazıın olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, digər borclu və icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə digər borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Borclu və tələbkarın izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-147/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2014-cü il buraxılışlı, “Kia Optima” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci olan 13.282 manat, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2.500 manat, ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməli, 150 manat ekspertiza xərcinin cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da müəyyən olunur ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi ilə borclular Borclu və X1 Tələbkar xeyrinə ümumilikdə 15.915 manat pul vəsaitinin ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Lakin borclu maddi imkanının tələbkara olan borcunu birdəfəlik ödəməsinə yetərli olmadığını qeyd edərək, məhkəmə qaydasında qətnamənin hissə-hissə icra olunmasına şərait yaradılmasını xahiş etmişdir. Ərizəyə məhkəmə qaydasında baxılarkən tərəflərin iştirakı təmin edilmiş və borclulardan ona ödənilməli olan vəsaiti tələb etmək hüququna malik olan tələbkar borcun ilkin olaraq 10.000 manat, qalan məbləğin isə 6 ay ərzində ödənilməsinə dair Borclu təklifinə etiraz etməmişdir. Məhkəmə isə hər iki tərəfin mövqeyini müəyyən edib, tələbkarın mənafeyini əsas götürüb qətnamənin təklif edilən qaydada borcun ödənilməsinə hər hansı bir maneənin olmadığını nəzərə alıb, ərizənin təmin edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdrilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-147/2023 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X1 iddiaçı Tələbkar xeyrinə müştərək qaydada tutulmalı olan məbləğdən ilkin olaraq 10.000 manat, yerdə qalan məbləğ 6 ay ərzində hissə-hissə icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-147/2023 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X1 iddiaçı Tələbkar xeyrinə müştərək qaydada tutulmalı olan məbləğdən ilkin olaraq 10.000 manat, yerdə qalan məbləğ 6 ay ərzində hissə-hissə icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar