Məhkəmə qərarları › İş №8(006)-257/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-257/2022

06.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-257/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı Tələbkar MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı verilən iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı Tələbkar MMC cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2227/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı cavabdeh Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi icra məmurunun hərəkətsizliyi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı tələbkar öz tələbini məhkəməyə iddia ərizəsi şəklində yox, şikayət və ya ərizə formasında təqdim etməlidir. Lakin, hazırki iş üzrə tələbkar özünü iddiaçı, hərəkətsizliyindən şikayət verdiyi Nəsimi rayon İcra şöbəsini isə cavabdeh qismində göstərərək, öz tələbini iddia ərizəsi formasında məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi konkret olaraq iddia ərizəsinin forma və məzmunundan bəhs edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.1.1 və 152.1.5-ci maddələrinin tələblərinə görə «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə» və (və ya) «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149.2.3, 152.1.1, 152.2 -152.4-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Tələbkar MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı verilən verilən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar