Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-258/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4451/2021 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul şəklində alimentin tutularaq X2 xeyrinə ödənilməlidir. X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4451/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu ilə X6 arasında xx.xx.2010cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 236 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X2 yanında qalmaları müəyyən edilmişdir Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsinə qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra mediasiya barışığına əsasən alimentin miqdarı hər iki uşaq üçün 440 manat olaraq müəyyən edilmişdir. Uzun müddətdir ki, borclu qətnaməni könüllü icra etməkdən yayınır, icra məmuru hər hansı bir köməklik göstərmir. Hesab edir ki, icra məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək borclu şəxsin xeyrinə hərəkətlər etməklə icra sənədinin icra olunmasına kifayət qədər maneçilik yaratmaqdadır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev izahatında bildirdi ki, icra sənədi üzrə borclunun 1750 manat borcu olmuşdur. Sonradan borclu hissə-hissə ödənişlər etmiş hazırda borcun məbləği 300 manat təşkil etmişdir. Borclu mütəmadi ödənişlər aparmışdır. Onun borcunun olmasında qərəzlilik olmamışdır. Odur ki, barəsində inzibati protokolun tərtib edilməsi üçün əsaslar mövcud deyildir. Hazırda uşaqların birinin atasının yanında saxlanması müəyyən edilməklə, onun saxlanması üçün digər valideyndən (hazırki iş üzrə tələbkar) alimentin tutulması nəzərdə tutulmuşdur. Ərizənin əsassız olması səbəbi ilə təmin edilməməsini xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməisinə baxmayaraq, o,məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. Nəsimi rayon icra şöbəsinin e179776/2021-5-36-004 saylı icra işindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4451/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə borcluya təqdim edilmişdir. Həmin icra işində olan Nəsimi rayon icra şöbəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanan məktubdan görünür ki, borclu ilə aparılan telefon danışığı zamanı 2023-cü ilin iyul ayının aliment pulunun tərəflər arasında əldə edilmiş razılığa uyğun olaraq xx.xx.2023-cü il tarixədək ödəniləcəyi bildirilmişdir. Həmin icra işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 Borclu yanında və himayəsində saxlanması, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün mövcud olan aliment öhdəliyinin ləğv edilməsi qət edilmişdir. Həmin icra işində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)- 125/2024 nömrəli qərardadına əsasən tələbkar X3 eyni xarakterli şikayəti üzrə ərizəsi “tələbkarın ərizəni geri qaytarılması barədə ərizə verməsi” əsası ilə baxılmamış saxlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, icra sənədinin vaxtında icra edilməsi üçün icra hərəkətlərini həyata keçirmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur, ərizədə irəli sürülən dəlillər formal olmaqla, heç bir hüquqi əsası yoxdur, ona görə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-258/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-258/2024
24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver