Məhkəmə qərarları › İş №8(006)-259/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-259/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-259/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə X1 “əmlakın üzərinə həbsin qoyulmasına” dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 “əmlakın üzərinə həbsin qoyulmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, AR Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsində qeyd edilən növbəliliklə həyata keçirilməklə Borclu MMC-nin 116.688 (bir yüz on altı min altı yüz səksən səkkiz) manat dəyərində əmlakının üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi icra məmurunun vəzifəsi kimi müəyyən edilmişdir. Ərizəçinin tələb etdiyi üzərinə həbs qoyulmalı olan əmlak məhkəmədə ümumiyyətlə mübahisə predmeti deyildir və mübahisə predmeti olmayan əmlak üzərinə həbsin qoyulması isə icra mərhələsində həll olunmalı olan məsələdir (icra məmurunun təqdimatı əsasında). Odur ki, hazırki iş üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi hazırki tələbi ilə bağlı ilk növbədə icra şöbəsinə müraciət etməli, daha sonra icra məmurunun müvafiq təqdimatı əsasında ərizəçinin qeyd etdiyi əmlak üzərinə həbsin qoyulması məsələsinə baxıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 “əmlakın üzərinə həbsin qoyulmasına” dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar