Məhkəmə qərarları › İş №8(006)-259/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-259/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-259/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi X3, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İcra məmuru X5, Tələbkar oğlunun nümayəndəsi X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunın mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus **-EC-*** dövlət qeydiyyat nişanlı, «Fiat 500 Abarth» markalı avtomobilin üzərinə həbs qoyulması və yerinin müəyyən edilərək müvəqqəti saxlama duracağına yerləşdirilməsinə dair barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Aşağıdakı əşyalar: Balkon: 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kamot - 3.428,57 manat dəyərində, qonaq otağı: Mebel dəsti 1 ədəd Televizor altı - 2.285,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı stol (masa) -6.600 manat dəyərində, 6 ədəd stul və 2 ədəd stul kreslo - 4.200 manat dəyərində, 3 ədəd İtaliya istehsalı divarı - 8.000 manal dəyərində, 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 1 ədəd İtaliya istehsalı jurnal masası - 1.142,86 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 1 ədəd Kofeyni istehsalı yan jurnal - 1.142,86 manat dəyərində, İtaliya istehsalı pərdələr - 3.714,29 manal dəyərində, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çil-çıraq - 12.571,43 manat dəyərində, 1 ədəd torşer 2 457,14 manat dəyərində, 1 ədəd Honkonq istehsalı - 1.428,57 manat dəyərində, İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, mətbəx: İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 6 ədəd Çin istehsalı stul - 857.14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı təkəri: araba - 1.057,14 manat dəyərində, pərdələr - 857,14 manat dəyərində, italiya istehsalı smistitel+moyka - 440 manat dəyərində, yataq otağı: İtaliya istehsalı şifoner - 1.428,67 manat dəyərində, İtaliya istehsalı çarpayı - 2.000 manat dəyərində, İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka -942,86 manat dəyərində, 1 ədəd İtaliya istehsalı turmo - 1.428,57 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, ltaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, ltaliya istehsalı tərəzi 102.86 manat dəyərində, italiya istehsalı çilçıraq - 3.142,86 manat dəyərində, İtaliya istehsalı veşilka - 200 manat dəyərində, qarderob: mebel - 4.285,71 manat dəyərində, yazı masası - 371,43 manat dəyərində, ataman 1.171,43 manat dəyərində, paltarlar, blok şkaf - 1.200,00 manat dəyərində, dəhliz: 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,36 manat dəyərində, Türkiyə istehsalı Mebel şkaf - 1.428,57 manat dəyərində, aksessuarlar - 857,14 manat dəyərində, güzgü Türkiyə - 257,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 1ədəd kamera UK - 1.028,57 mana: dəyərində, tumbo - 342,86 manat dəyərində, uşaq yataq otağı: çin istehsalı çarpayı -428,57 manat dəyərində, Çin istehsalı kamot - 191,43 manat dəyərində, Çin istehsalı masa -125,71 manat dəyərində, Çin istehsalı stul - 44,57 manat dəyərində, Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində; Borclu alınaraq Tələbkar Abduləhmid qızına verilməlidir. - Əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 (səksən üç min beş yüz iyirmi iki manat, altmış doqquz qəpik) manat Borclu alınaraq Tələbkar Abdulohməd qızına verilməlidir. - İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. - İcraata başlamaq haqqında qərar qəbul olunaraq, suıoli bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. - Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlarrıac məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. - Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Fiat 500 Abarth" minik markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. - İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. - Həmçinin borcluya məxsus avtomobilin yeri müəyyən etmək mümkün olmamışdır. - Odur ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan "Fiat 500 Abarth" minik markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və yerinin müəyyən edilərək müvəqqəti saxlama duracağına yerləşdirilməsinə dair qərardad verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İcra məmuru X6 təqdimatı müdafiə edərək məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar oğlunun nümayəndəsi X2 təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində baxır. Göründüyü kimi müvafiq təqdimata məhkəmə tərəfindən 5 iş günü ərzində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini (o cümlədən təqdimatın məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmasını), habelə müvafiq təqdimatlara baxılması üçün qanunla 5 iş günü müddətinin müəyyən olunmasını nəzərə alaraq məhkəmə borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimatın bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İcra işinin materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə cavabdeh Borclu iddiaçıya məxsus əmlakların alınaraq iddiaçı Tələbkar verilməsi, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 (səksən üç min beş yüz iyirmi ik manat, altmış doqquz qəpik) manatın cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu məxsus olan "Fiat 500 Abarth" minik markalı. ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyət qoyulması (özgəninkiləşdirilməsinin qadaöğan edilməsi) qərara alınmışdır. Borclu Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsində yazdığı izahatlarında bildirmişdir ki, tələb olunan əmlaklar ünvan 1 ünvanında xx.xx.2021-ci il tarixdə satdığı mənzildədir. Hazırda həmin əmlakları Nəcəfov İlqar istifadə edir. Məhkəmənin qətnaməsindən xəbəri var əv bildirmişdir ki, mənzildə olan tələbkara məxsus cehiz, mebel əşyalarını təqdim edəcəkdir. İlqar Nəcəfov həmin əşyaları verməsə də, mülkiyyətində olan torpaq sahəsi və nəqliyyat vasitəsini sataraq icra vərəqəsini icra edəcək. Elektron məhkəmə informasiya sistemindıən çıxarıılmış məlumatlara əsasən, "Fiat 500 Abarth" minik markalı. ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi, bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun əmlakı üzərinə həbs qoyulması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1)icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. İcra işinin materiallarından görünür ki, borclu icra sənədinin mövcudluğundan xəbərdar olduğu halda onun tərəfindən əmlakların qaytarılması və ya onların dəyərinin ödənilməsi təmin edilməmiş, icra sənədi icrasız qalmışdır. Məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən öhdəliyin yerinə yetirilməməsini, tələbkara verilməli olan əmlakların dəyərinin kifayət qədər yüksək olmasını nəzərə alaraq hesab edir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus olan **- EC-*** dövlət qeydiyyat nişanlı, «Fiat 500 Abarth» minik markalı avtomobilin üzərinə həbs qoyulmalı, müvəqqəti saxlama duracağına yerləşdirilməli və qərardadın icrası Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267- 268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan 2012-ci il buraxılışlı **-EC-*** dövlət qeydiyyat nişanlı, «Fiat 500 Abarth» minik markalı avtomobilin (BAN nömrəsi 3C3CFFFH5CT339389) üzərinə həbs qoyulsun və müvəqqəti saxlama duracağına yerləşdirilsin. Qərardadın icrası Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar