Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-261/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, Xətai rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından borclu Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2480/2024 saylı icra sənədinə əsasən Əmanətlərin Sığortalanması Fondundan 17928.39 manat alınaraq Tələbkar ödənilməlidir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Əmanətlərin Sığortalanması Fondundan 1254.98 manat icra ödənişinin tutulması qərara alınmışdır. Borclu Əmanətlərin Sığortalanması Fondu şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2480/2024 nömrəli icra sənədi əsasında Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı üzrə icraatda olan borclu Əmanətlərin Sığortalanması Fondundan 7 faiz həcmində 1254.98 manat məbləğində icra odənişinin tutulması haqqında qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Tələbkar tərəfindən Bankda sığorta hadisəsi baş verməmişdən əvvəl öhdəliyin icrası məqsədilə ödənilmiş 90.547 manat məbləğində vəsait kredit borcunun silinməsinə deyil, qorunan əmanətə daxil edilmiş və nəticədə Bankda sığorta hadisəsi baş verdikdən sonra kredit borcunun iddiaçının əmanəti hesabına ödənilməsi həyata keçirilməklə 9.138 manat məbləğində vəsait “Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə ödənilmiş, qalan 17.928.39 manat məbləğində pul vəsaiti isə növbəlilik qaydasında həyata keçirilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla da, Tələbkar tərəflndən kompensasiyanın ödənilməsi tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2480/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçının tələbi təmin edilərək sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 17.928,39 manat məbləğində kompensasiyanın Əmanətlərin Sığortalanması Fondundan tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilərək məhkəmə xərcləri isə iddiaçıya aid edilmişdir. Nəticədə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2480/2024 nömrəli qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icra olunması məqsədilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə icra məmuru xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və icra olunması üçün Əmanətlərin Sığortalanması Fonduna göndərmiş və Fond tərəfindən isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İcra haqqında Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunun sözügedən müddəalarına əsasən bildirmişdir ki, Xətai rayon İcra məmurunun həmin qərarı Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və icra olunması üçun müvafiq struktur bölməyə göstəriş verilmişdir. xx.xx.2024-cu il tarixli odəniş tağşırığı əsasında sözügedən borc məbləği təqdim edilmiş rekvizitlər əsasında tələbkarın hesabına tərəflərindən köçürülmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayəti nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən borclu Əmanətlərin Sığortalanması Fonduna Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2480/2024 saylı icra sənədi üzrə göstərilən tələbin 10 gün könüllü icra müddətində icra etmədiyi halda ondan icra ödənişinin alınacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-2480/2024 saylı icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırından görünür ki, LPO "xxxx" ASC tərəfindən Tələbkar hesabına 17928.39 manat köçürülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir Həmin Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Məhkəmə qeyd edir ki, icra məmuru icra sənədi üzrə icraata başlamaq qərarı ilə eyni vaxtda borclu tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi əsası ilə icra ödənişinin tutulması barədə qərar qəbul etməklə qanunun tələbini pozmuşdur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2480/2024 saylı icra sənədi üzrə Xətai rayon icra şöbəsinin icra məmurunun “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2480/2024 saylı icra sənədi üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurunun “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-261/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-261/2024
01.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver