Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-266/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6270/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 məcburi gətirilmələrinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6270/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 məcburi gətirilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6270/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2, X2 və X1 müştərək qaydada 8013,72 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu1 və Borclu2 icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən borclular Borclu1 və Borclu2 məcburi gətirilmələri barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6270/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2, X2 və X1 müştərək qaydada 8013,72 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6270/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, borclulara icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Murad Xudaverdiyev tərəfindən xx.xx.2022-ci il tarixdə borcluların məcburi gətirilmələri barədə qərar qəbul edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, tələbin könüllü icra olunması haqqında Borclu2 və Borclu1 xəbərdar olunsalar da, onlar tələbin icrasını könüllü olaraq yerinə yetirməmiş, icra məmurunun çağırışına gəlməmişlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqı, onların vəzifəli şəxsləri həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclular Borclu1 və Borclu2 Nəsimi Rayon İcra Şöbəsinə məcburi gətirilməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin borclular Borclu2 və Borclu1 məcburi gətirilmələri barədə təqdimatı təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6270/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular Borclu2 və Borclu1 məcburi Nəsimi Rayon İcra Şöbəsinə gətirilsinlər. Qərardadın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №8(006)-266/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-266/2022
04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver