Məhkəmə qərarları › İş №8(006)-269/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-269/2022

04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-269/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Quliyevin Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Quliyev Borclu məcburi gətirilməsi barədə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5813/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 1495.79 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında” AR Qanununun 84.3-cü maddəsinə əsasən, həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-5813/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 1495.79 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borclu ünvan 2 ünvanında yaşayan Borclu Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin olunsun. ünvan 2 ünvanında yaşayan Borclu Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar