Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-269/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Tələbkar X5ın iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-907/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “daşınmar əmlakların üzərinə həbsin qoyulması” barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Elşən Ziyəddinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Elşən Ziyəddinov məhkəməyə təqdimatla müraciət edərək, icra sənədi üzrə Borclu fəaliyyət göstərdiyi ünvanda aşkar edilmiş 1 ədəd qara rəngli “Aivva” markalı televizorun, 1 ədəd ağ rəngdə stomatoloji kreslonun və 1 ədəd 3 oturacaqlı yaşıl rəngdə kreslonun üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-907/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X3 Borclundə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməsi üçün iş icazəsinin verilməsinə görə “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən AR Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumu kimi ödədiyi 1000 manat pul Borclundən tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və onun rəhbəri X1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu əmlakının müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə MMC-nin fəaliyyət göstərfiyi Bakı şəhəri, ünvan 1 ünvanda 1 ədəd qara rəngli “Aivva” markalı televizorun, 1 ədəd ağ rəngdə stomatoloji kreslonun və 1 ədəd 3 oturacaqlı yaşıl rəngdə kreslo aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcbur icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkar X5 təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli və tələb olunan əmlaklar üzərinə həbs qoyulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-907/2024- 007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X3 Borclundə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməsi üçün iş icazəsinin verilməsinə görə “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən AR Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumu kimi ödədiyi 1000 manat pul Borclundən tutularaq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 105304/2024-53-41-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, İsrafilov adlı şəxs imza etməklə təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Borclu əmlakının müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə MMC-nin fəaliyyət göstərfiyi Bakı şəhəri, ünvan 1 ünvanda 1 ədəd qara rəngli “Aivva” markalı televizorun, 1 ədəd ağ rəngdə stomatoloji kreslonun və 1 ədəd 3 oturacaqlı yaşıl rəngdə kreslo aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASCyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Yasamal Rayon Məhkəməsinin 2(004)-907/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri və bu sənədlər əsasında tərtib edilmiş inkasso sərəncamı icra olunması üçün göndərilmişdir. İcra sənədinin icrasını təmin edib, nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanan 23 iyul 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, e105304/2024-5-15-008 saylı məktuba və Yasamal Rayon Məhkəməsinin 2(004)- 907/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hesablaşma hesablarına qoyulan inkasso sərəncamlarımın və eyni iş üzrə həbsin qoyulması təmin edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Borclu bankda mövcud olan hesablarına xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli 1000 və 70 manat inkasso sərəncamı daxil olmuşdur. Müştərinin ödəniş tapşırığında qeyd olunan bank hesabı bağlı olduğu üçün sərəncamı icra etmək mümkün olmamışdır. İş materiallarında olan icra ödənişinin alınması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclundən cəmi 1000 manat məbləğində pul vəsaiti tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü qaydada təmin edilmədiyindən 1000 manat məbləğində borcun 7%-i yəni 70 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan borclunun hesabının üzərinə həbs qoyulması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclu banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 1070 manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tərəflərindən araşdırmalar aparılmış və adıçəkilən hüquqi şəxs Borclunə məxsus hər hansı bank hesabı aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə, tələbin borclunun əmlakına yönəldilməsi zamanı əmlak üzərinə həbs qoyulmasını məhkəmənin səlahiyyətinə aid edildiyini və borcun ödənilməsini təmin etmək məqsədilə hesab edir ki, təqdimat təmin edilməli, Borclu fəaliyyət göstərdiyi ünvanda, yəni ünvan 4 qara rəngli “Aivva” markalı televizor, 1 ədəd ağ rəngdə stomatoloji kreslo və 1 ədəd 3 oturacaqlı yaşıl rəngdə kreslonun üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu fəaliyyət göstərdiyi ünvanda, yəni ünvan 4 qara rəngli “Aivva” markalı televizor, 1 ədəd ağ rəngdə stomatoloji kreslo və 1 ədəd 3 oturacaqlı yaşıl rəngdə kreslonun üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-269/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-269/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver