Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-27/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, X1 və Borclu iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3062/2021 saylı qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xx.xx.2025-ci il tarixdə tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3062/2021 saylı qətnaməsi ilə ödənilməli olan pul məbləğinin istehlak qiymətləri indeksi səviyyəsinə uyğun olaraq indeksasiyasıya olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixlı qərardadı ilə ərizə təmin edilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ilədək olan dövr üçün 415.968 manat vəsait indeksasiya edilməklə Maraqlı şəxs X2 xeyrinə 19.550,5 manat məbləğində vəsait tutulması qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qərardaddan borclu Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınmın 8(103)-332/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, borclu Maraqlı şəxs şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qərardad ləğv edilmiş,X1 ərizəsinə yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkar X4 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu isə bildirmişdir ki, baxmayaraq ki, xx.xx.2021-ci il tarixli 2(006)-3062/2021 saylı qətnamədə onun adı da borclu olaraq qeyd olunub, lakin hökmə baxsaz görərsiniz ki, mən həmin cinayət işi üzrə ərizəçiyə heç bir ziyan vurmamışam. Borclu Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə müəssisəsi vasitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmək istəyini yaxud ərizəyə münasibətini bildiməmişdir. Məhkəmə tələbkarın və borclunun izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş materialları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Maraqlı şəxs və Borclu müştərək qaydada cəmi 336 000 manat məbləğində pul alınaraq tələbkar X3 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İstinad olunan prosessual normanın tələbindən müəyyən olunur ki, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirməsi mümkündür. Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Məhkəmə yuxarıda istinad olunanlara əsasən ərizəçinin hazırkı ərizəni verməkdə haqlı olduğu eyni zamanda tutulmalı olan pul məbləğinin indeksasiyasının müddətinin tələbkarın tələb etdiyi müddətdən hesablanması qənaətinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin qüvvəyə minməsi xx.xx.2021-ci il tarixdə qeyd edilməklə həmin tarixdə icra sənədi icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Sonradan apellyasiya və kassasiya şikayətləri verilsə də, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Nəsimi Rayon Məhkəməsinin 8(006)-82/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü ilədək olan dövr üçün məbləğ 415.968 manat indeksləşmişdir. Məhkəmə 415.968 manat pul vəsaitinin indeksasiyası nəticəsində hazırkı dəyərinin nə qədər olduğunu müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alinan məlumatlara əsasan) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 415.968,00 manat pul məbləğinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 104,7% infilyasiya faiz dərəcəsi, yəni qiymətlərin səviyyəsinin 4.7% faiz artması nəzərə alınmaqla indeksasiya məbləği 435.518,50 manat məbləğində müəyyən edilir, o cümlədən: 415.968,00 x 104,7% = 435.518,50 manat. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərarına əsasən: İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Həmcinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə artıq qanuni qüvvəyə minmş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə ilə hər iki cavabdeh göstərilən pul məbləğini ödəmək öhdəliyini daşıyır. İndeksasiya çərçivəsində məhkəmə cavabdehlərdən kimin təqsirinin olub-olmamasını, pulu ödəmək öhdəliyinin kimin daşımasını müəyyən edə bilməz. Çünki mübahisə artıq yekun məhkəmə aktı ilə həllini tapmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən hallar işin mübahisəsiz halıdır. Hazırda məhkəmə yalnız, ödənilməli olan pul məbləğinin indeksasiyasını həyata keçirir. Qətnamə ilə borclular müştərək olduğundan, indeksasiya həyata keçirilən zaman müəyyən edilən məbləğ də onlar arasında müştərək qaydada ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, ərizəçinin indeksasiya tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək olan dövr baxımından əsaslı hesab edilərək məhkəmə aktı ilə ödənilməsi qət edilmiş pul məbləği indeksasiya edilməklə Maraqlı şəxs və Borclu X2 xeyrinə 19.550,5 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat borclu Maraqlı şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün 415.968 manat vəsait indeksasiya edilməklə Maraqlı şəxs və Borclu X2 xeyrinə 19.550,5 manat məbləğində vəsait tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat borclu Maraqlı şəxs və Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №8(006)-27/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-27/2025
10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver